Gürcüstan, Tbilisi, 02 fevral/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan Müdafiə və Silahlı Qüvvələr Nazirliyi "Nazirin baxışı 2009" adlı sənədi dərc edib. O, bu idarənin rəhbər sənədi rolunu oynayır. Ötən illərdə də analoji sənədlər hazırlanırdı, - müdafiə idarəsindən Trend -a bildiriblər.
Sənəd ölkənin uzunmüddətli strateji maraqları və müharibədən sonrakı reallıqlarla şərtlənən təcili tədbirlər nəzərə alınmaqla, Müdafiə və Silahlı Qüvvələr Nazirliyinin qarşıdakı il üçün prirotetlərini əks etdirir.
Sənəddə ölkənin müdafiə qabiliyyətinin artırılmasına və silahlı qüvvələrin üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə xidmət edən mühüm məsələlər öz əksini tapıb. Konkret olaraq, sənəd müdafiəyə rəhbərliyin yaxşılaşdırılması və tam institusionallaşmanı nəzərdə tutur, personalın təhsil və təlim, NATO-ya inteqrasiya və ikitərəfli əməkdaşlığın intensivləşdirilməsi məsələlərini əks etdirir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]