The Heritage Foundation-nın (ABŞ) Rusiya, Avrasiya və beynəlxalq enerji təhlьkəsizliyi istiqaməti ьzrə rəhbəri, politoloq Ariel Koen, xьsusi olaraq Trend ьзьn.
Azərbaycan, Gьrcьstan, Tьrkiyə və Ermənistan, eləcə də ABŞ Moskvanın Abxaz limanı Oçamçirdə Qara dəniz hərbi-dəniz bazasını yaratmaq planlarından narahatdır. Цzь də bu hələ başlanğıcdır. Moskva həm də sabiq sovet aviabazası - Qudautdakı Bomboranı bərpa etmək və Kodor dərəsində quru qoşunları bazası da yaratmaq niyyətindədir.
ABŞ Cənubi Qafqazın hər üç ölkəsi - Ermənistan, Gьrcьstan və Azərbaycanın suverenliyini dəstəkləyir. Amerikalılar həm də Xəzər dənizi basseynindən Qərbə strateji neft və qaz nəqli marşrutlarının (xüsusilə də Bakı-Tbilisi-Ceyhan) təhlükəsizliyində maraqlıdırlar.
Vaşinqton rus imperializminin Avrasiyadakı yeni postsovet status-kvo dəyişikliklərini, hətta Qırğızıstanın nəzakətsizcəsinə Vaşinqtondan Bişkekdəki hərbi bazanı bağlamağı xahiş etdiyi bir vaxtda belə gцrmək istəmir.
"Mьttəfiqlər ucuz başa gəlmir", - deyə Moskvadakı ekspertlər şərh edirlər. Ьstəlik, ьmumdьnya maliyyə bцhranına baxmayaraq, Moskva hesab edir ki, 2 milyard dollarlıq kredit və 150 milyon ABŞ dolları məbləğində qrant, "Sem dayının" bir qədər uzaqda durmasına dəyər.
Abxaziya ərazisindəki ьз yeni rus hərbi bazası regiondakı güc bərabərliyinə dəyişikliklər edəcək. Onlar Moskvanın hərbi mövqeyini gücləndirəcək və Gürcüstanın ərazi bütövlüyününün bərpasını praktiki olaraq qeyri-real layihəyə çevirəcək - Moskvanın əldə etmək istədiyi əsas məsələ budur.
Rusiya və Gьrcьstan arasında avqustda baş vermiş münaqişənin "tozu yatmağa" başladıqca, Rusiyanın Cənubi Qafqaz və Qara dəniz regionundakı qələbəsi daha aydın görünməyə başlayır.
Obamanın rus siyasəti ilə məşğul olan administrasiyasının Moskva ilə münasibətlər siyasətinin hazırlanması üzərində işə başlamazdan əvvəl düşünməli olduğu çox şeylər var.
Hərbi-dəniz dцvlətinin layihələndirilməsi
Oзamзira - Abxaziyanın paytaxtı Suxumidən 60 km cənub-şərqdə, Gürcüstanla atəşkəs xəttinin yaxınlığında yerləşir. Rus gəmiləri orada yerləşəndən sonra Gürcüstanın düz Türkiyə sərhədinə qədər ərazi sularını nəzarətdə saxlaya biləcək.
Gьrcьstanın Poti və Batumi limanları Oçamçiradakı bazanın əlçatma çərçivəsində olacaq ki, bu da Rusiyaya gələcək regional münaqişələr zamanı ciddi üstünlük verəcək.
Rus hərbзiləri цzlərinin qiyamзı Abxaziya vilayətindəki yerləşmələrini davam etdirmələrinə "Gьrcьstan xьsusi xidmət orqanları tərəfindən terrorist hücumları və diversiya təhlьkəsi"nə istinad etməklə haqq qazandırır. Beləliklə, baza Moskvanın 2008-ci ilin avqustundakı müharibədəki və Abxaziyanın müstəqilliyinin tanınmasında məqsədini üzə çıxarır.
Abxaz separat rəhbərliyi yaxın aylarda Moskva ilə цzьndə bu hərbi-dəniz bazası, quru qoşunları üçün baza, eləcə də Kodor dərəsində xüsusi yüksək dağ qoşunları, həmçinin Qudaut rayonunda tikiləcəyi təxmin edilən hərbi-dəniz bazasını yerləşdirməyi razılaşdırılan mьqavilə bağlamağı planlaşdırır.
"Soyuq mьharibə zamanı" NATO-nun üzv ölkəsi Türkiyənin yaxınlığında yerləşən Gürcüstanın Abxaziya vilayətində Rusiyanın Qərb ilə qarşıdurmasında vacib rol oynadı.
Oзamзir sovet hərbi-dəniz bazası olub. 1923-cь ildən etibarən o, Batumi Qara dəniz sərhəd gəmilərinin dəstəsini qəbul edib. 1967-ci ildə o, 6-cı xüsusi sərhəd patrul briqadası bazasına çevrilmişdi. 1996-cı ildə bu baza Gürcüstanın tələbi ilə Xəzər limanı Kaspiyskə (Dağıstan, Rusiya) köçürülüb. Yaxınlarda, Gürcüstandakı avqust müharibəsi zamanı, rus hərbi gəmiləri məhz Oçamçirə gələrək Gürcüstana yollanmış dəniz piyadalarını quruya зıxardıb.
Ruslar Oзamзir bazasını, həmçinin gəmilərin xidmət və təminatı üçün bьtьn sahil infrastrukturunu praktiki olaraq sıfırdan tikmək məcburiyyətində qalacaq. Bu bir neзə ilə və milyardlarla dollara başa gələcək. Oçamçirdəki tikinti və dibin dərinləşdirliməsi işləri bu il başlayacaq. Hazırda limanın kanalı yağıntılarla örtülüb və onun orta dərinliyi cəmi 3,8 metr təşkil edir.
Sovet dцvrьndə hərbi gəmilər Oзamзirdə sərhəd patrul katerləri, minatutan gəmilər və yedək gəmilərini qoşurdu. Bəzən çox da böyük olmayan qayıq əleyhinə və enmə gəmiləri limana daxil olduğu vaxtlarda, böyük hərbi gəmilər və kreyserlər suyun dayazlığı səbəbindən sahildən çox uzaqda qalırdı. Analitiklər gəmilərin 3 və 2-ci klass, aşağı güc çəkimi olan - yeni bazada da analoji kompleksini gözləyir.
Dibin dərinləşdirilməsi böyük aviaenmə gəmilərinin bazasını bərpa etməyə imkan verəcək. Ancaq Rusiyanın əsas Qara dəniz donanması gücləri - "Moskva" raket kreyseri və böyük qayıqəleyhinə gəmilər "Kerç" və "Oçakov" Oçamçiraya daxil ola bilməyəcək.
Rusiya aşkar şəkildə özünün цlkə xaricindəki hərbi gьcьnь mцhkəmləndirməyə və genişləndirməyə çalışır. Ancaq daha bir fikri də yaddan çıxarmaq lazım deyil. Rusiya Qara dəniz donanmasına Sevastopolda yerləşməyə imkan verən müqavilə 2017-ci ildə bitir. Ukraynalı siyasətçilər icarə müddətinin uzadılması və ya dayandırılması məsələsində son nəticəyə gələ bilməyib. Durum Moskvaya əlavə Qara dəniz ətrafı, xüsusilə də yer sahiblərinin Ukraynadan fərqli olaraq daha prorusyцnlь olduğu rayonlarda bazalar axtarmaq ьзьn bьtьn əsasları verir.
Gцrьnьr ki, Oзamзir Qara dənizdə əsas hərbi-dəniz bazası qismində Sevastopola daha həyat qabiliyyətli alternativ deyil. O xırdadır, nisbətən kiçikdir və onun müdafiə olunan körfəzi yoxdur. Buna baxmayaraq, Озamзir gələcəkdə Qara dəniz mьnaqişələrinə cəlb olunacaq Rusiya hərbi gəmiləri üçün baza tədarüklərinə - dəniz xüsusi qoşunları və piyadaları - əsas açar kimi xidmət edə bilər. Bakı, Tbilisi, Ankara və Pentaqonda hərbi siyasəti planlaşdıran adamlar buna diqqət yetirməlidir.
Mьəllifin mцvqeyi Trend redaksiyasının mövqeyi ilə üst-üstə düşməyə bilər