Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir T.Cəfərov/ Əfqanıstanın maliyyə naziri Ənvar Əlhəqq Əhədi istefa verib. Əfqanıstan prezidenti Hamid Kərzai nazirin istefasını qəbul edib.
Əfqanıstanın prezident aparatından cümə axşamı Trend -a göndərilmiş press relizə əsasən, Əhədi ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürdüyü üçün istefa verib.
Hamid Kərzai Əhədinin Əfqanıstanın gələcəyi naminə göstərdiyi çalışmalarına görə ona təşəkkürünü bildirib.
Əfqanıstanda prezident seçkiləri 2009-cu il avqust ayının 20-də keçiriləcək. Əfqanıstanın hazırkı prezidenti Hamid Kərzainin prezidentlik müddəti may ayının 20-də başa çatacaq.