...

Rusiya tərəfindən Qırğızıstana kredit verilməsi ilə ABŞ bazasının bağlanılması arasında heç bir əlaqə yoxdur – Baş nazir

Siyasət Materials 5 Fevral 2009 18:29 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 05 fevral / Trend , А.Тınayev/ Rusiya ilə kredit üzrə dialoqun amerika hərbi bazasının Qırğızıstandan çıxarılması ilə heç bir əlaqəsi yoxdur, - bu gün Bişkekdə mətbuat konfransında Qırğızıstanın Baş naziri İqor Çudinov bildirib.

Bu iki hadisə arasında paralel axtarmaq lazım deyil. Rusiya tərəfindən yardım göstərilməsi haqda danışıqlar iki ildən çox idi ki aparılırdı. ABŞ-ın Qırğızıstandakı bazasının yerləşdirilməsi müqaviləsinə yenidən baxılmasını biz əvvəllərdə - 2006-cı ildə dilə gətirmişdik. Sadəcə, bu iki qərar vaxt üzrə üst-üstə düşüb", - nazir qeyd edib.

Onun sözlərinə görə, "Manas"dakı aviabaza üzrə müqavilənin ləğv edilməsi üzrə cari qərar uzun müddət icarə haqqının ödənilməməsi də daxil olmaqla, müqavilənin ayrı-ayrı maddələrinə yenidən baxmaq üçün qırğız tərəfinin çoxsaylı xahişlərinə ABŞ-ın reaksiya verməməsi ilə bağlıdır.

Çudinov xüsusilə vurğulayıb ki, tərəfdaşlar arasında problemin əsas maddəsi maliyyə deyil. "Hələ 2007-ci ildə Qırğızıstan vətəndaşı Aleksandr İvanovu öldürən amerika hərbçisi Zakari Xetfild cəzasız qalıb. Komandanlıq respublikanın DİN işçilərinə onu dindirməyə imkan verməyərək günahlandırılan şəxsi ABŞ-a aparıb. Hələ də bu, bütün ictimaiyyəti narahat etmiş işdə günahkarın cəzasız qalmayacağına heç bir perspektiv yoxdur", - nazir bildirib.

Çərşənbə günü Qırğızıstan hökümətinin Manasdakı amerika hərbi bazasını bağlamaq qərarı məlum olub. Bu haqda Qırğızıstan prezidenti Kurmanbek Bakiyev, Moskvadakı danışıqlardan sonra mətbuat konfransında məlumat verib.

Aviabaza 2001-ci ilin dekabrında BMT mandatı üzrə koalisiya qüvvələri tərəfindən Əfqanıstanda həyata keçirilən "Sarsılmaz azadlıq" anti-terror əməliyyatına dəstək məqsədilə açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti