Rusiya, Moskva, 06 fevral / Trend , müxbir R.Ağayev / "Rusiya Cənubi Qafqazın lideri kimi Azərbaycanla münasibətləri inkişaf etdirməlidir", - RF dövlət dumasının deputatı Sergey Markov hesab edir.
"Mən Azərbaycana hörmət edirəm və həmişə Rusiyanın Azərbaycana - bizə ənənəvi yaxın ölkəyə daha çox yaxınlaşmasının tərəfdarı olmuşam. Biz bu ölkəyə Cənubi Qafqazın gələcək lideri kimi baxmalı və onunla münasibətləri inkişaf etdirməliyik", - Trend -a müsahibəsində Dövlət Dumasının komitəsinin sədr müavini, siyasi tədqiqatlar institunun direktoru Маrkov bildirib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanla dərin strateji münasibətlərə malik olmalıdır. Ancaq bunun üçün rus hərbi bazaları Azərbaycanda olmalı və Azərbaycan Respublikası KTMT və AAİB-yə daxil olmalıdır. Azərbaycan və Ermənistan nə qədər çox sayda təşkilatlarda birlikdə olsalar, problemin həllinə o qədər yaxın olacaqlar", - rusiyalı parlamentari hesab edir.
"Yaxında Rusiya Türkiyəni bu strukturlarda daha fəal iştirak etməyə çağıracaq. Ümid edirik ki, Türkiyənin ənənəvi müttəfiqi olan Azərbaycan da bu imkandan yararlanacaq", - Markov qeyd edib.
Onun fikrincə, Dağlıq Qarabağ problemi siyasi sülh vasitələri ilə həll olunmalıdır. "Mən düşünürəm ki, Qarabağın əldə olunması üçün Azərbaycanın müharibə variantına güvənməsi yenidən siyasi səhv ola bilərdi. İqtisadi əməkdaşlıq və kooperasiyaya güvənmək isə daha perspektivlidir", - Markov vurğulayıb.
Onun fikrincə, vaxt Azərbaycana işləyir. Çünki Azərbaycanın iqtisadi inkişaf tempi Ermənistanın göstəricilərini qabaqlayır.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]