Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir E.Rüstəmov/ Azərbaycan və İran iqtisadi əməkdaşlıq barədə yeddi sənəd üzrə işi davam etdirməyi razılaşıb.
"Bu qərar Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq barədə hökümətlərarası komissiyanın yeddinci iclasından sonra qəbul olunub", - cümə axşamı jurnalistlərə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, iclas başa çatdıqdan sonra deyib.
"İkitərəfli əməkdaşlıq üzrə aşağıdakı qrupların işi müəyyən edilib: energetika, kommunikasiya və nəqliyyat, iqtisadiyyat, ticarət, banklar, kənd təsərrüfatı, mədəniyyət və turizm, hüquqşunaslıq", - Məmmədyarov bildirib.
"Səkkizinci iclas Tehranda baş tutacaq. Onun keçirilmə tarixi hələ müəyyən edilməyib", - Məmmədyarov qeyd edib.
İran tərəfdən komissiyaya xarici işlər naziri Mənuçöhr Mottaki başçılıq edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]