...

Gürcüstanın ermənilərin məskunlaşdığı Samtsxe-Cavaxetiya regionundakı münaqişə Ermənistan üçün özünə qəsd olacaq

Siyasət Materials 21 Fevral 2009 09:12 (UTC +04:00)
Gürcüstanın ermənilərin məskunlaşdığı Samtsxe-Cavaxetiya regionundakı münaqişə Ermənistan üçün özünə qəsd olacaq

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir E.Tariverdiyeva/ Ermənistan hökuməti Gürcüstanın ermənilərin məskunlaşdığı Samtsxe-Cavaxetiya regionunda münaqişənin qızışmasına və Qarabağ ssenarisinin təkrarlanmasına imkan verərsə, bu Yerevan üçün siyasi və iqtisadi cəhətdən özünəqəsd olacaq.

"Ermənistanın ermənilərin məskunlaşdığı Samtsxe-Cavaxetiya regionunda istənilən hərbi və ya siyasi fəallığı Yerevanın iqtisadi cəhətdən məhvinə bərabər olacaq", - deyə Trend -a Gürcüstanın Qafqaz problemləri üzrə politoloqu Mamuka Areşidze bildirib.

Erməni yerli-xeyriyyəçi təşkilatı "Cavakx", "Mitk" analitik mərkəzi və repatriasiya və mənimsəmə üzrə ictimai təşkilatlar ittifaqı "Yerkir" birlikdə bəyanatla çıxış edib. Bəyanatda onlar Gürcüstan hökumətini Samtse-Cavaxetiya ermənilərinə qarşı "demoqrafik terror" siyasətini həyata keçirməkdə günahlandırıb", - "Novosti-Armeniya" agentliyi məlumat verib.

Gürcüstan XİN rəhbəri Qriqol Vaşadzenin Ermənistana fevralın 20-21-dəki rəsmi səfəri ilə əlaqədar olaraq, bəyanatı imzalamış ictimai təşkilatlar erməni hökumətini Samtsxe-Cavax-Tsalka regionunda yaşayan ermənilərin əsas problemlərini erməni-gürcü dövlətlərarası münasibətləri gündəliyinin müzakirəsinə çıxartmağa və onların həllində davamlılıq nümayiş etdirməyə çağırıb.

Gürcüstanın Samtsxe-Cavaxetiya-Tsalka regionunda 1944-cü ilə qədər və həmin il Stalin repressiyaları üzündən oradan məcburi köçürülmüş 90 min mesxeti türkü yaşayıb. 1999-cu ildə Avropa İttifaqının üzvü olmuş Gürcüstan onların əvvəlki yaşayış yerinə qaytarılmasını təmin etməyi öz üzərinə götürmüşdü. Qanunverici orqan səviyyəsində qərar qəbul edilib ki, vətəninə qayıtmaq istəyənlərin müraciətlərinə xüsusi komissiya tərəfindən baxılacaq. Hazırda komissiyaya cəmi 700 müraciət daxil olub və buna görə də icmanın qurulması vaxtı uzadılıb. Hazırda Samtsxe-Cavaxetiya-Tsalka regionunun 70 faizində ermənilər məskunlaşıb. Ekspertlərin fikrincə, Ermənistan höküməti çox yaxşı başa düşür ki, Qafqazdakı yeganə tərəfdaşı ilə münasibətləri gərginləşdirmək təhülkəlidir və bu səbəbdən də Samtsxe-Cavaxetiyadakı durumun ciddiləşməsinə imkan verməyəcək.

Qafqaz üzrə avropalı ekspert Amanda Akçakotsa Samtsxe-Cavaxetiyadakı durumun regionda ciddi qarşıdurmalara gətirib çıxaracağına şübhə edir.

"Yerevan sağlam düşünməlidir və Dağlıq Qarabağla bağlı durumdan sonra ikinci münaqişəni dəstəkləməlidir ki, heç olmasa öz benyəlxalq nüfuzunu korlamasın", - Trend -a elekrton poçtla Avropa siyasət mərkəzinin (Belçika) eksperti Akçakotsa bildirib.

Sabiq SSRİ ölkələri olan Ermənistan və Azərbaycan ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ ərazisi üzündən rəsmən müharibə şəraitindədirlər. Öz-özünü elan etmiş respublikaya dünya ictimaiyyəti tərəfindən Azərbaycanın ərazisi kimi baxılır. 1988-ci ildə başlayan Ermənistan-Azərbaycan münaqişəsində 35 min nəfər dünyasını dəyişib, Azərbaycanın 20% ərazisi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon işğal edilib və hal-hazırda da Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında qalmaqdadır.

1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılıq əldə olunub. Tərəflər indiyədək beynəlxalq vasitəçilərin köməyi ilə nəticəsiz sülh danışıqları aparırlar. Silahlı qüvvələrin təmas xəttində mütəmadi olaraq atışmalar baş verir.

Rusiyalı ekspert Qriqori Trofimçuk həmçinin hesab edir ki, Gürcüstan ermənilərinin hərəkəti Dağlıq Qarabağ ssenarisinə gətirib çıxarmayacaq. Çünki bu ssenariyə yalnız Qərbin dəstək verdiyi istənilən durum gətirib çıxara bilər. "Bu durumda belə dəstək hələ ki, yoxdur. Hər halda bu hiss olunmur. Ona görə də durumun ciddi strateji inkişafını proqnozlaşdırmaq olmaz", - Trend -a Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin prezidenti Trofimçuk deyib.

Müstəqil gürcü politoloq İosif Tsintsadze milliyyətçi erməni jurnalistlərinin yazdığı ilə Ermənistanın praqmatik köklənmiş rəhbərlərinin gördüyü işləri fərqləndirməyi məsləhət görür. "Hazırda Gürcüstan Ermənistanın Qafqazdakı yeganə tərəfdaşıdır və onun üçün oksigen əvəzidir, yeni münaqişə isə çoxlu problemlər çıxara bilər", - ekspert hesab edir.

"Mən hesab edirəm ki, Ermənistan Respublikasının rəhbərləri işi münaqişəyə qədər gətirib çıxarmayacaq", - Trend -a telefonla Tbilisidən Tsintsadze deyib.

Ekspertlərin fikrincə, Samtsxe-Cavaxetiyadakı durumu erməni jurnalistlər ağırlaşdırır.

"Ermənsitanda Gürcüstana qarşı böhtanlarla dolu yazılar dərc olunmayan bir gün də olmur və artıq regionun erməni KİV-dəki interpretasiyasında münaqişə ocaqlarının təməli qoyulub", - ekspert hesab edir.

"İrəvanda onun adını düz çəkmirlər. Tarix boyu bu regionun adı Samtsxe-Cavaxetiya olub. Ermənilərin onu adlandırdığı Cavakx kimi yox", - Tsintsadze qeyd edir.

Digər gürcü ekspert Areşidzenin sözlərinə görə, "Samtsxe-Cavaxetiya regionundakı gərginliyə baxmayaraq, kimlərsə onu daha "qara tonlarda" tədqim edir".

"Erməni fəallarının "demoqrafik terrorizm" haqqında sözləri həddindən artıq böyüdülüb", - Akçakotsa hesab edir. "Amma Gürcüstanda Saakaşvilinin ölkə başçısı olmasından sonra region və oradakı ermənilərə münasibətdə yürüdülən siyasət pisləşib".

Ancaq rusiyalı ekspert gələcəkdə Samtsxe-Cavaxetiyanın ayrılacağını proqnozlaşdırır və hesab edir ki, bu üçüncü qüvvələrin təsirindən asılı olacaq.

Politoloq Mixail Aleksandrov hesab edir ki, ermənilər hələ ki, ayrılmaq haqda tələb irəli sürmürlər, amma Gürcüstan rəhbərliyi ermənilərlə kompromis yolları axtarmağa başlamasa bu tələb ortaya çıxa bilər.

Onun fikrincə, Rusiya Samtsxe-Cavaxetiya ermənilərini dəstəkləyə bilər, amma dəstək faktiki olaraq Qafqazdakı durumu korlamağa yönəldilmiş addım kimi sayılacaq. "Hələ ki, Rusiyanın "Rusiyaya nə sərf edir" məsələsində düşünülmüş strategiyası yoxdur. Ona görə bu aksiyaları qaldırmaq və ya üçüncü qüvvə ilə də olsa dəstəkləmək ölümcül ola bilər", - Trend -a Aleksandrov bildirib.

Materialın hazırlanmasında iştirak edib: R.Ağayev (Moskva), N.Kirtsxaliya (Tbilisi), D.İbrahimova, V.Javoronkova, E.Rüstəmov,

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti