...

Avropa Rusiyadan Avropada təhlükəsizlik barədə konkret təkliflər gözləyir

Siyasət Materials 21 Fevral 2009 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral / Trend -un müxbiri Y.Ostapenko

Hələ ki, Rusiya avropada təhlükəsizlik sistemindəki təklif etdiyi yenilikləri konkretləşdirməyib, Avropa onun təkliflərinə reaksiya verib mövcud sistemdə nəyisə dəyişə bilməz.

"Heç kəs bilmir ki, Avropada yeni təhlükəsizlik sistemi özlüyündə nəyi ifadə edəcək, tərkib hissəsi kimlərdən ibarət olacaq və ən əsası nə kimi məqsəd daşıyacaq", - Avropanın aparıcı analitiki Antonio Missiroli hesab edir.

Avropanın mövcud təhlükəsizlik sisteminin yenidən nəzərdən keçirilməsi mövzusu son zamanlar geniş vüssət alıb. Sözü gedən məsələ cümə axşamı qış sessiyasına başlayan ATƏT-in də müzakirə mövzusu olub.

Sessiya zamanı Rusiya xarici işlər naziri müavini Aleksandr Qruşko yenidən Rusiya prezidenti Dmitri Medvedev tərəfindən ötən yay sələnmiş Avropada təhlükəsizlik sisteminin bir daha baxılması təklifini gündəmə gətirib.

"Soyuq müharibə" dövründə yaradılmış təşkilatların hazırki çoxqütblü dünyanın problemləri həllinin öhtəsindən gələ bilmədikləri üçün, Qruşko Avropanı avroatlantik məkanda təhlükəsizlik barədə olan danışıqlara yenidən baxmağa çağırdı. 

Missiroli yeni təhlükəsizlik sisteminin yaranması barədə aparılan diskusiyaları qəribə adlandırır. "Biz prezident Medvedevdən və bir sıra Rusiya nazirlərindən Avropada təhlükəsizliyin yenidən yaranması barədə təkliflər eşitsək də, ətraflı olaraq nəyin və niyə yaradılmalı olduğunu bilmirik", -  Trend -a telefon bağlantısı zamanı Brüsseldən Avropa siyasət mərkəzinin direktoru Missiroli bildirib.

Rusiyadan olan təhlükəsizliy sahəsində aparıcı ekspert Mixail Remizov hesab edir ki, Rusiya diplomatlarının etdiyi təkliflər hal-hazırda qüvvədə olan ərazi bütövlüyünə hörmət və müdaxilə etməmək prinsiplərindən fərqlənmir. 

Onun sözlərinə əsasən, Rusiya bu tip yanaşmayla dünyaya bildirməyə çalışır ki, silahsızlaşdırılmadan, Avropanın silahlanmasına nəzarətdən və Avropa təhlükəsizliyində NATO-nun inhisarından çox narahatdır. 

"Belə hallarda olduğu kimi biz əlimizdə olan resurslardan maksimum yararlanmağı planlaşdırırıq", - Missiroli qeyd edib.

"Soyuq müharibə" dövründən fərqli olaraq yeni təhlükələrin olduğunu təsdiq edən Missiroli mövcud təşkilatların ləğvini də məqsədə uyğun saymır. O, hesab edir ki, həm hüquqi həm də praktiki mənada öz axarları ilə fəaliyyət göstərən beynəlxalq təşkilatları ləğv etmək çox çətindir. 

"Müəyyən məqsədlərdən başlayaraq onlara nail olub sonra isə nəyin əldə olunduğundan nəticə çıxararaq hal hazırki tələbatlara uyğun gəldiyini yoxlamaq lazımdır",-Missiroli hesab edir.

"NATO "soyuq müharibə" dönəmində yaransa da sonralar digər həqiqətlərlə üz-üzə qalmalı olur. Əvvəlki NATO artıq yoxdur, lakin yeni NATO mövcuddur və fəaliyyətdədir. Qərbi və Mərkəzi Avropada heç bir dövlət Şimali Atlantika blokundan yaxa qurtarmaq istəmir", - Missiroli vurğulayıb. 

NATO demokratik qərblə kommunist SSRİ arasında gedən "soyuq müharibə" dövründə ABŞ və Avropanı SSRİ təhlükəsindən qorumaq məqsədi ilə 1949-cu ilə Vaşinqton müqaviləsi ilə yaradılmışdır.

ATƏT isə "soyuq müharibə" nəticəsində 1970-ci ilin ortalarında Avropada təhlükəsizlik və əməkdaşlıq sahəsində müzakirələr məqsədi ilə yaradılsa da, inkişaf mərhələsinə 1994-cü ildə qədəm qoydu. Hal-hazırda 56 dövlət təhlükəsizlik məqsədi ilə ATƏT üzvüdür. Analitiklərin fikrincə isə təşkilat müasir dünyanın problemlərinin öhtəsindən gələ bilmir.

Avropa təhlükəsizliyi siyasəti üzrə ekspert Fabrisio Tassinari hesab edir ki, Avropa institutlarını islahat zəruriyəti baxımından sıralasaq ATƏT zirvədə olacaq. Onun fikrincə, ATƏT-in əsas problemi onun dəyərli üzvlərindən olan Rusiyanın təşkilatda iştirakı çəkilməz yükə çevrilməsidir.

"Bu məsələdə ATAT Avropanın təhlükəsizlik strukturunda bir maneədir", - Trend -a elektron poçtla Danimarka Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı eksperti Tassinari bildirib.

ATƏT üzvü olaraq, Rusiya Gürcüstanda təşkilat müşahidəçilərinin mandatını artırılmaması kimi bir sıra məsələlər qaldırıb. Rusiyanın müşahidəçilərin mandatının artırılmasından yayınması bu məsələ ilə bağlı qərarın qəbulunu ləngitdi.  

Remizov öz növbəsində Rusiyanı ATƏT-in çəkə bilmədiyi yük hesab etməyin tarixi baxımdan doğru olmavdığını düşünür. Onun fikrincə ATƏT NATO və Varşava müqaviləsi ölkələri arasındakı qarşıdurmanı yatırtmaq üçün yaradılıb.  

"Bu baxımdan Rusiyanın ATƏT-də iştirakı təşkilatın yaranmasə ilə bir başa bağlıdır", - Trend -a Moskva ilə telefon bağlantısı zamanı Milli Strategiya İnstitutunun direktoru Remizov bildirib.

Tassinari hesab edir ki, indiki Avropada ümumi təhlükəsizliyin başlıca məqsədi bir tərəfdən Rusiya və digər tərəfdən Avropa İttifaqı ilə NATO arasında mövcud olmaqın yollarını tapmaqdır.

"Rusiya prezidenti Dmitri Medvedevin təklif etdiyi yeni təhlükəsizlik planının qəbulu bütün tərəflərin siyasi iradəsindən asılıdır", - Tassinari vurğulayıb.

Remizovun fikrincə isə Rusiyanın avropalılarla dialoqunun konstruktiv alınması üçün ruslar onlarla "düz danışmalıdırlar".

"Təkliflər avropalılar üçün ağrıdıcı olsa da yalnız bu yolla onlarrın maraqını cəlb edib söhbət edə bilərik", - Remizov qeyd edib. 

Məqalənin yazılmasında E.Tarıverdiyeva da iştirak edib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti