...

Azərbaycanın Niderland Krallığındakı Səfirliyi qəzaya uğramış türk təyyarəsində azərbaycanlı olmadığını açıqlayıb

Siyasət Materials 26 Fevral 2009 18:36 (UTC +04:00)
Azərbaycanın Niderland Krallığındakı Səfirliyi qəzaya uğramış türk təyyarəsində azərbaycanlı olmadığını açıqlayıb

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir K.Zərbalıyeva / Amsterdamın "Sxipxol" aeroportunda Türkiyəyə məxsus Boeing 737-800 təyyarəsinin qəzası zamanı yaralananlar arasında Azərbaycan vətəndaşı və ya azərbaycanlı yoxdur, - cümə axşamı Trend -a telefonla Amsterdamdan Azərbaycanın Niderland Krallığındakı Səfirliyinin birinci katibi Elçin Bəşirov məlumat verib.

Çərşənbə günü qəzaya uğramış təyyarədə Rəna Musayeva adlı sərnişinin olması barədə Türkiyə KİV-lərində məlumat verilmişdi.

Türkiyəyə məxsus Boeing 737-800 təyyarəsinin Amsterdamın "Sxipxol" hava limanında qəzaya uğraması nəticəsində azı 10 sərnişin həlak olub və 50 nəfər xəsarət alıb. Xəsarət alanlardan 25-nin vəziyyəti ağırdır.

Türkiyənin nəqliyyat naziri Binəli Yıldırımın sözlərinə görə, təyyarə 2002-ci ildə istifadəyə verilib və heç bir texniki problemi olmayıb.

Təyyarənin bortunda 127 sərnişin və yeddi ekipaj üzvü olub. Boeing 737-800 təyyarəsi yerli vaxtla 08:22-də İstanbuldan Amsterdama uçurmuş. Layner enən zaman üç hissəyə parçalanıb, lakin yanğın olmayıb.

Bəşirov deyib ki, bu məlumat səfirliyə bu ölkənin fövqəladə hallar mərkəzindən bildirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti