...

Qazaxıstan prezidentinin Azərbaycana səfəri planlaşdırılır

Siyasət Materials 4 Mart 2009 13:29 (UTC +04:00)
Qazaxıstan prezidentinin Azərbaycana səfəri planlaşdırılır

Qazaxıstan, Astana, 04 mart / Trend , müxbir K.Arınova / 

Bu il Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya rəsmi səfəri planlaşdırılır. Bu barədə Trend -a Azərbaycanın Qazaxıstan Respublikasındakı səfirliyindəki məlumatlı mənbə bildirib.

"Hazırda səfirlik bu məsələ üzərində işləyir. Səfərin tarixini müəyyən etmək üçün hər iki prezidentin iş cədvəli dəqiqləşdirilir", - deyə səfirlikdən bildiriblər.

Mənbə bildirib ki, gələcək əməkdaşlıq məsələlərini yenidən yüksək səviyyədə müzakirə etməyin vaxtı çatıb.

Səfirlikdən həmçinin qeyd ediblər ki, yaxın vaxtlarda ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası keçirilməlidir. Bu il iclas Bakıda keçiriləcək.
"Ötən il hökumətləarası komissiyanın iclası aprel ayında Astanada baş tutub və biz görüşlərin ildə bir dəfə keçirilməsi üçün çalışırıq ki, bu cədvəli saxlayaq", - deyə mənbə söyləyib.

Baxılacaq məsələlərin dairəsi kifayət qədər geniş olacaq, lakin səfirlik nümayəndəsinin sözlərinə görə, xüsusi diqqət təhsil sahəsində əməkdaşlığa yönəldiləcək.

"Azərbaycanda neft-qaz sektoru üçün kadr hazırlanması sahəsində qədim tarixə malik və güclü məktəb var. Və bu gün öz dəniz donanmasını yaradan Qazaxıstan üçün də bizim təcrübəmiz faydalı ola bilər", - deyə Azərbaycan səfirliyinin nümayəndəsi əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti