...

Azərbaycan Prezidenti "İmmiqrasiya haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 5 Mart 2009 18:07 (UTC +04:00)

Azərbaycan Prezident İlham Əliyev cümə axşamı "İmmiqrasiya haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə sərəncam imzalayıb. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.   

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "İmmiqrasiya haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması haqqında təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək,  öz səlahiyyətləri daxilində "İmmiqrasiya haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti