...

Avropalılar və amerikalılar Əfqanıstandakı müharibədən yorulublar – ABŞ-ın vitse-prezidenti

Siyasət Materials 10 Mart 2009 16:54 (UTC +04:00)
Avropalılar və amerikalılar Əfqanıstandakı müharibədən yorulublar – ABŞ-ın vitse-prezidenti

Belçika, Brüssel, 10 mart / Trend , müxbir A.İsmayılova /

Avropalılar və amerikalılar Əfqanıstandakı müharibədən yorulublar. Bu barədə ABŞ-ın vitse-prezidenti Cozef Bayden çərşənbə axşamı NATO-nun Brüsseldə yerləşən qərargahında bildirib.

Onun sözlərinə görə, bir çoxları hələ də hərbiçiləri "evlərindən bu qədər uzağa" göndərməyin nəyə lazım olduğunu soruşurlar. "Lakin biz bilirik ki, ekstremistlər məhz bu ərazilərdən (Pakistan və Əfqanıstan) mühüm terror aktlarını planlaşdırırlar", - deyə o bildirib.
Baydenin sözlərinə görə, vətəndaş və diplomatik səylər göstərmək lazımdır.
"Biz bilirik ki, həm Əfqanıstandakı, həm də Pakistandakı problemləri hərbi yolla həll etmək mümkün deyil", - deyə o əlavə edib.

ABŞ Əfqanıstana əlavə olaraq 17.000 əsgər göndərir və NATO-dan olan müttəfiqlərini də qoşunların sayını artırmağa çağırır. 
Bir çox Avropa ölkələri Əfqanıstana əlavə hərbi kontingent göndərmək istəmir, lakin onlar polis kadrlarının təhsil alması və keçirilməsi üzrə cari ilin sonuna nəzərdə tutulan prezident seçkilərinə hazırlıq prosesi də daxil olmaqla digər sahələrdə yardımlar göstərməyə hazır olduqlarını bildirirlər.

Prezident Obama bu yaxınlarda "Taliban"ın mötədil şəxsləri ilə danışıqlara başlamağa hazır olduğunu bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti