...

Azərbaycan və Litva enerji təhlükəsizliyi məsələlərini müzakirə edəcək – səfir

Siyasət Materials 12 Mart 2009 09:01 (UTC +04:00)
Azərbaycan və Litva enerji təhlükəsizliyi məsələlərini müzakirə edəcək – səfir

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir N.Abdullayeva /
Litvanın xari işlər naziri Viqaudas Uşatskas Bakıda enerji sahəsində Azərbaycan və Litva arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək. Bu barədə çərşənbə günü Trend -a Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas bildirib.
"Uşatskasın aprelin 8-9-da reallaşacaq rəsmi səfəri zamanı Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər planlaşdırılıb. İki ölkənin xarici siyasət idarələri rəhbərlərinin görüşündə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə oluncaq", - deyə Kudzmanas bildirib.
Uşatskas səfər zamanı siyasi, iqtisadi və enerjiyə dair məsələləri, həmçinin regionda münaqişələr və enerji təhlükəsizliyi məsələlərini müzakirə edəcək.
Uşatskasın səfəri çərçivəsində biznes-forum təşkil olunacaq. Səfir bildirib ki, səfər zamanı XİN rəhbərini nazirlik və idarələrin nümayəndələri, həmçinin Litvanın aparıcı şirkət təmsilçilərinin daxil olduğu nümayəndə heyəti müşaiyət edəcək.
Əvvəlki Litva-Azərbaycan biznes-forumu 2007-ci il 13 sentyabr tarixində Vilnüsdə baş tutub. Biznes-forumun açılış mərasimində iki ölkə sahibkarları ilə yanaşı, Azərbaycan və Litva prezidentləri İlham Əliyev və Valdas Adamkus da iştirak edib.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci il ərzində Azərbaycan ilə Litva arasında mal dövriyyəsi 26,26 mln. dollar təşkil edib. Bu göstəricinin 5,3 mln. dolları Azərbaycandan Litvaya mal ixracının, 20,96 mln. dolları isə Litvadan idxalın payına düşüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti