...

Konstitusiyaya dəyişiklik Azərbaycan xalqının qərarı ilə edilməlidir – ABŞ səfiri

Siyasət Materials 12 Mart 2009 10:36 (UTC +04:00)
Konstitusiyaya dəyişiklik Azərbaycan xalqının qərarı ilə edilməlidir – ABŞ səfiri

Azərbaycan, Bakı, 12  mart / Trend , müxbir E.Rüstəmov /

Konstitusiyaya dəyişiklik Azərbaycan xalqının qərarı ilə edilməlidir. Bu barədə cümə axşamı jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib. 

"İnsanlar hansı qərarı qəbul etməli olduqlarına özləri qərar verməlidirlər. İnsanlar düzgün qərar vermək üçün ölkədə baş verən prosesləri bilməlidir və buna görə, onlar cəmiyyətdə aparılan müzakirələri görmək imkanına malik olmalıdırlar", - deyə Dersi vurğulayıb.

Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və Demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupu kimi qeydiyyata alınıb. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Respublikası", "Milli müstəqillik" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul ounub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə üvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti