...

Özbəkistanda Daşkənd vaxtı ilə günorta saatlarınadək Azərbaycan vətəndaşlarının 43 faizi səs verib

Siyasət Materials 18 Mart 2009 11:30 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 18 mart / Trend , müxbir T.Jukov /

Bu gün Daşkənddə yerli vaxtla günorta saatlarınadək seçicilərin 43 faizi səs verib. Bu barədə Trend -a Azərbaycanın Özbəkistandakı səfirliyinin ikinci katibi Ramil Əkbərov məlumat verib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

"Özbəkistanda - Daşkənddə bir seçki məntəqəsi açılıb ", - deyə Əkbərov bildirib.

Referenduma hazırlıq çərçivəsində Özbəkistanda müvəqqəti yaşayan vətəndaşların siyahısı tərtib olunub və seçki hüququ olan vətəndaşların konsul qeydiyyatı aparılıb.

"Özbəkistanda ümumilikdə 83 nəfər qeydiyyata alınıb", - deyə Əkbərov vurğulayıb.

Onun vürdiyi məlumata görə, Daşkənddə səsvermə yerli vaxt ilə səhər saat 8:00-da başlanıb və günorta saatlarınadək 36 nəfər səs verib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Referendum günü vətəndaşlar saat 08:00-dan 19:00-dək səfirliklərdə açılmış seçki məntəqələrində səs verə bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti