...

Dehlidə Çingiz Aytmatovun xatirəsinə həsr olunmuş beynəlxalq seminar keçirilib

Siyasət Materials 28 Mart 2009 13:56 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 28 mart / Trend müxbir R.Məşədihəsənli/ Martın 27-də Dehlidə "Çingiz Aytmatovu xatırlayarkən: sosialist reallıqdan qlobal humanizmə qədər" beynəlxalq seminarı keçirilib. Bu haqda Trend -a şənbə günü Qırğızıstan XİN-dən deyilib.

Beynəlxalq seminar Cavaharlal Nehru Universiteti tərəfindən Qırğızıstan Respublikası və Rusiya Federasiyasının Hindistandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Dehlidəki seminarın işində iştirak üçün Qırğızıstandan 15 elm adamı və mütəxəssisdən ibarət nümayəndə heyəti, eləcə də fəxri qonaq kimi Aytmatovanın bacısı Rozetta Torekulovna gəlib. Qırğızıstanın Hindistandakı səfirliyinin köməyi ilə Cavaharlal Nehru Universitetinin kitabxanasında sərgi təşkil edilib.
Seminarın işində həmçinin Rusiya, Qırğızıstan, Özbəkistan və Hindistandan olan elm adamları və mütəxəssislər iştirak edib.

Rus tədqiqatları mərkəzinin dil, ədəbiyyat və mədəniyyət mərkəzinin tələbə və aspirantları Aytmatovun əsərləri üzrə səhnələr hazırlayıb.

Bu tədbirdən əvvəl isə Cavaharlal Nehru Universiteti ilə Qırğız-rus slavyan universiteti arasında əmədaşlıq haqda qətnamə imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti