...

Müxalifət Rustaveli prospektində hərəkətin qarşısını kəsib

Siyasət Materials 9 Aprel 2009 15:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan müxalifəti parlament qarşısında Rustaveli prospektinin hərəkət hissəsini kəsib. Hazırda orda 5 min insan cəmləşib və Tbilisinin müxtəlif hissəsindən saat 14:00-a təyin olunmuş aksiya yerinə insan kütlələri hərəkət edir.

Müxalifət liderlərindən parlament binası önündə hələ ki "Gürcüstan yolu" ilə "Azadlıq" partiyasının liderləri - Salome Zurabişvili və  Konstantin Qamsaxurdiya var.      

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti