...

Türkmənistan Prezidenti Təhlükəsizlik Şurasının iclasını keçirib

Siyasət Materials 18 Aprel 2009 17:21 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 18 aprel / Trend , müxbir H.Həsənov /

"Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhammedov Təhlükəsizlik Şurasının iclasında hərbi rəhbərlərin hesabatlarını dinləyib və S.Ballıyevin dövlət miqrasiya xidmətinin rəhbəri təyin edilməsi haqda sərəncam imzalayıb", - bu gün "Altın Asır" telekanalı "Vatan" informasiya proqramında xəbər verib.

Berdımuhammedov deyib ki, bu mərhələdə "bizim əsas qayğımız ən çətin texnika ilə işləmək bacarığına malik və müasir biliklərlə silahlanmış ixtisaslı kadrların, yeni formasiya mütəxəssislərinin hazırlanmasıdır". Dövlət başçısı həmçinin qeyd edib ki, xüsusi diqqət hərbi və hüquq-mühafizə orqanlarının əməkdaşlarının rahat mənzillərlə təmin olunmasına, onların çalışması və istirahəti üçün lazımi şəraitin yaradılmasına ayrılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti