...

Fələstin-İsrail danışıqlarında İsrailin yeni ideyaları zəruridir

Siyasət Materials 19 Aprel 2009 09:01 (UTC +04:00)
Fələstin-İsrail danışıqlarında İsrailin yeni ideyaları zəruridir

Azərbaycan, Bakı, 18 aprel / Trend , müxbir Ü.Sadıqova /

Fələstin-İsrail danışıqlarında tərəqqinin əldə olunması üçün İsrail tərəfindən təklif olunan yeni ideyalar zəruridir, lakin sülh prosesinə yeni prinsiplər tətbiq olunan zaman hər iki tərəfin maraqlarına riayət etmək vacibdir.

İsrailin Jerusalem Post qəzetinin məlumatına görə, bu ölkənin xarici işlər naziri Aviqdor Liberman Qüdsdə ABŞ-ın Yaxın Şərqdəki xüsusi elçisi Corc Mitçell ilə görüşdə bildirib ki, regionda sülhün əldə olunmasına göstərilən əvvəlki səylər nəticəsiz qaldı və yeni ideyalar hazırlamaq lazımdır.

"Yeni ideyalar hazırlamaq lazımdır, çünki İsrailin əvvəlki hökuməti tərəfindən seçilən yollar heç nə ilə nəticələnmədi", - deyə cümə axşamı Liberman bildirib.

Əvvəlki hökumətin siyasətinin yeganə nəticəsi ikinci Livan müharibəsi və Qəzzə Zolağında hərbi əməliyyatlar oldu və bunun nəticəsində Qətər və Mavritaniya ilə münasibətlər pozuldu. HƏMAS ilə İsrailin əsir götürülən hərbçisi Gilad Şalitin qaytarılmasına dair danışıqlar da dalana dirəndi.

Lakin İsrailin xarici işlər naziri bu yeni ideyalar haqda heç bir məlumat verməyib.

"Bir tərəfdən, Liberman haqldır: əvvəlki hökumət tərəfindən atılan addımlar, müsbət nəticələrə gətirib çıxarmadı. Digər tərəfdən , "yeni ideyalar" gələcəkdə İsrailə Qərb Sahilini müstəmləkəyə çevirməyə icazə verəcək və Fələstin qaçqınlarının statusunu təhlükə altına qoyacaq", - deyə Trend -a elektron poçt ilə Koliforniya Universitetinin (University of California) hüquq üzrə professoru Corc Bişarat (George Bisharat) bildirib.

"Liberman əvvəlcə Qərb Sahilinin ictimai vəziyyəti və iqtisadiyyatının yaxşılaşdırılmasını təklif edir", - deyə Trend -a telefonla Hayfa Universitetinin (University of Haifa) Yaxın Şərq tarixi üzrə professoru Amattsiya Baram (Amatzia Baram) bildirib.

Baram hesab edir ki, Liberman və Netanyahunun mövqeyi Fələstin dövlətinin yaradılması üçün əsasın qurulması ilə sülh prosesinə başlamaqdan ibarətdir.

Jerusalem Post qəzetinin məlumatına görə, sülh danışıqlarında Fələstin nümayəndə heyətinin rəhbəri Saib Arikat cümə günü Rəmallahda Mitçell ilə görüşdə ABŞ administrasiyasını İsraili Fələstin dövlətinin yaradılmasını qəbul etməyə məcbur etməyə çağırıb.

Regiona səfəri zamanı iki dövlətin mövcudluğunun ABŞ-ın Yaxın Şərq siyasətində prioritet olduğuünu iki dəfə xatırladan Mitçell də bu ideyanı dəstəkləyir. Netanyahunun da bu ideyanı dəstəkləməsinə baxmayaraq, o hesab edir ki, Fələstin dövləti yaradılarsa, o zaman Qəzzəyə hakimlik edən HƏMAS-ın Qərb Sahilini nəzarətə götürməsi istisna edilmir.

"Likud" hüquqmərkəzçilik partiyasının lideri Binyamin Netanyahu apreldə Baş nazir vəzifəsinə gələnədək Qərb Sahilində iqtisadi problemlərin həll edilməli olduğunu və Fələstin dövləti yaradılmamışdan HƏMAS-ın Qəzzədə hakimiyyətinə son qoymağın zəruri olduğunu bildirmişdi. Amma o, sülh prosesindən imtina etməmişdi.

Sülh danışıqları, "İsrail - bizim evimizdir" hakim partiyasının lideri Libermanın 2007-ci ildə Amerikanın Annapolis şəhərində keçirilən konfrans zamanı əldə olunan prinsiplərdən imtina etməsindən sonra təhlükə altına düşdü. O zaman, İsrailin sabiq baş naziri Ehud Olmert və Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas ABŞ və "Yaxın Şərq dördlüyünü"nün vasitəçiliyi ilə 2008-ci ilin sonunadək müstəqil Fələstin dövlətinin yaradılması barədə razlıq əldə etmişdilər.

Lakin İsralin Qəzzə Zolağında, İsrailə raket zərbələri endirən HƏMAS üzvlərinə qarşı apardığı 22 günlük hərbi əməliyyatlar nəticəsində danışıqlar dayandırıldı.

Yaxın Şərq üzrə Vaşinqton İnstitutunun (Washington Institute for Near East Policy)

ərəb-israil münaqişəsi üzrə analitiki, professor Raymond Tanter (Raymond Tanter) hesab edir ki, İsrail hökuməti Fələstin hökuməti ilə HƏMAS sülh danışıqlarında vahid mövqe tutacağı təqdirdə danışıqlarda tərəqqinin əldə olunması üçün bir sıra addımlar ata bilər.

2007-ci ildən Qəzzəyə nəzarət edən HƏMAS silahlı qarşıdurmadan və İsraili dövlət kimi tanımaqdan imtina edir. Eyni zamanda, Abbas hakim FƏTH partiyasnın lideri kimi Fələstin əraziləri işğaldan azad ediləcəyi təqdirdə, İsrail ilə istənilən barışığı dəstəkləyir. Tanter elektron poçt ilə Trend -a bildirib ki, hələ ki, fələstinlilər vahid mövqedən çıxış etmirlər və sülh prosesində hər-hansı bir perspektiv real görünmür.

Müşahidəçilər sülh prosesində yeni ideyalara ehtiyacın olması fikri ilə razıdırlar, çünki Olmert və Abbas hökumətlərinin iqtisadi problemlər həll edilmədən və yəhudi məskənlərinin salınması dayandırılmadan göstərdikləri əvvəlki səylər nəticəsiz qaldı.

Yəudi məskənləri Qərb Sahilinin 40 faizini əhatə edir və "Yol xətirəsi"nin tələblərinə baxmayaraq, son beş ildə onların sayı üç dəfə artıb.

Baram hesab edir ki, Netanyahu Fələstin ərazilərində təhlükəsizlik orqanları, məhkəmə sistemləri kimi institutların yaradılmasını, həmçinin orta sinifin inkişafı üçün şərait yaratmaq və yekunda dövlət formalaşdırmağı təklif edir.

Yaxın Şərq üzrə Beynəlxalq İnformasiya Mərkəzinin (IMEMC) rəhbəri Corc Rişmavi (George Rishmawi) hesab edir ki, sülh prosesində yeni addımlar yəhudi məskənləri üçün Fələstin ərazilərinin işğalı və sərhədlərdəki bütün blokpostların ləğv edilməsinə qarşı yönəlməlidir.

Onun sözlərinə görə, 2000-ci illərin əvvəlində beynəlxalq sənədlərin imzalanmasından sonar sülh prosesi dalana dirənib. Çünki İsrail Qərb Sahili üzərində təkcə nəzarəti genişəndirdi, baxmayaraq ki, danışıqlar regionda iqtisadi stabilliyə yönəlmişdi.

Professor Bişarat hesab edir ki, Fələstin rəhbərliyi əvvəlcə Fələstin qaçqınlarının işğal olunmuş ərazilərə qayıtma hüquqlarını təsdiq etməlidir.

"Hazırkı şəraitdə fələstinlilər üçün təsəvvür olunan "Dövlət" hüququn əldə olunması üçün alət deyil, qəbiristanlıq olacaq", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti