...

NATO Qafqazda baş verən hadisələrdən nəticə çıxartmayıb – Rusiya Federasiyasının ABŞ-dakı səfiri

Siyasət Materials 21 Aprel 2009 13:21 (UTC +04:00)
NATO Qafqazda baş verən hadisələrdən nəticə çıxartmayıb – Rusiya Federasiyasının ABŞ-dakı səfiri

Rusiya, NATO-nun Gürcüstanda hərbi təlimlər keçirilməsi barədə qərarına təəssüflənir və bunun, Şimali Atlantika Alyansının 2008-ci ilin avqustunda Qafqazda baş verən hadisələrdən düzgün nəticə çıxarmamasına sübüt olduğunu bildirir. RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyasının ABŞ-dakı səfiri Serqey Kislyak Nyu-Yorkda çıxışı zamanı bildirib.

NATO-nun himayəsi altında Cooperative Longbow 09/Cooperative Lancer 09 çoxmillətli təlimlər 6 may - 1 iyun tarixlərində Gürcüstanda keçiriləcək. Burada alyansın 19 ölkəsi və tərəfdaşlarının təqribən 1,3 min hərbçisi iştirak edəcək. Təlimlər hərbi-qərargah mahiyyətlidir, silah və hərbi texnika tətbiq edilmədən keçiriləcək.

"Rusiya ilə ABŞ arasında bir çox məsələlər üzrə fikir ayrılıqları qalmaqdadır və buna ən yeni nümunə - NATO-nun Gürcüstandakı manevrləridir. Bu, əlbəttə, bizi çox məyus edir, çünki bu, Gürcüstanın Rusiyaya qarşı etdiklərindən asılı olmayaraq, onsuz da NATO-da üzvlük alacağına dair hisslərini möhkəmləndirir", - o deyib.

Avqust hadisələrindən düzgün nəticənin çıxarılmaması təəssüf doğurur", - deyə ABŞ-ın beynəlxalq münasibətlərin öyrənilməsi üzrə aparıcı mərkəzlərindən olan Nyu-York Kornegi Şurasında (Carnegie Council) çıxışı zamanı rusiyalı səfir bildirib.

Adi, nüvə tərkibli olmayan silahlandırmanın tətbiqi ilə iri miqyaslı münaqişənin yarana bilmə ehtimallarına dair suala cavab olaraq rusiyalı səfir gürcü-osetin münaqişəsindən sonra Zaqafqaziyada yaranan vəziyyəti göstərib.

"Gürcüstan NATO-nun üzvü olsaydı, alyansın cavabı necə olardı? Avtomatik olaraq nizamnamənin beşinci bəndinin tətbiqi (beşinci maddəyə əsasən, NATO ölkələrindən birinə hücum alyansın digər ölkəlrinə hücum hesab olunur)", - deyə Sergey Kislyak vurğulayıb.

Bununla əlaqədar o, alyansı, rəhbərliyi "minimum ağıllı olmalı olan" yeni ölkələrin qəbuluna dair qərar qəbul edən zaman daha çox götür-qoy etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti