Litva, Vilnüs, 15 may / Trend , xüsusi müxbir A.Şahov /
Azərbaycan Milli Məclisinin (Parlament) sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Litvaya rəsmi səfər çərçivəsində Litva Respublikası Seyminin sədri Arunas Valinskas və Litvanın Azərbaycan ilə əlaqələr üzrə parlament qrupunun üzvləri ilə görüşüb.
Dostluq şəraitində aparılan söhbət zamanı tərəflər Azərbaycan və Litva arasında həm parlamentlərarası səviyyədə, həm də işgüzar dairələrin nümayəndələri, gənclər və mədəniyyət xadimlərinin cəlb edilməsi ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edriblər.
Litva Parlamentinin spikeri Valinskas ATƏT-in Parlament Assambleyasının yayın ortalarında Vilnüsdə keçiriləcək iclasında iştirak etmək üçün qonaqlara dəvətnamə verib.
Azərbaycanın parlament üzvlərindən ibarət nümayəndə heyəti həmçinin, Seymin yeni və 1990-cı il 11 mart tarixində Litva dövlətinin müstəqilliyinin bərpa edilməsinin elan olduğu köhnə iclas zalları ilə tanış olmaq imkanı əldə ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]