...

Azərbaycanın hərbi poliqonunda hərbçiləri qətlə yetirən əsgər həbs olunub - Müdafiə Nazirliyi

Siyasət Materials 25 May 2009 11:08 (UTC +04:00)
Azərbaycanın hərbi poliqonunda hərbçiləri qətlə yetirən əsgər həbs olunub - Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 25 may / Trend , müxbir K.Zərbalıyeva /

Seyfəli poliqonunda mayın 23-də səhər saat 11:00 radələrində əsgər və zabitləri xidməti silahı ilə qətlə yetirən çavuş həbs olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bazar ertəsi  Trend -a bildirib ki, "N" saylı hərbi hissənin əsgəri Orxan Tofiq oğlu Səfərov hərbi təlim zamanı dörd nəfəri öldürüb, bir nəfəri isə yaralayıb.

Sabiroğlu bildirib ki, faktla bağlı cinayət işi başlanıb. Mətbuat xidmətinin rəhbəri hadisənin motivi və səbəbləri barədə məlumat verməyib və bildirib ki, bunu istintaq müəyyənləşdirəcək.

Səfərov ötən ilin yanvarında Ağcabədi rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılıb.

Qeyri-rəsmi məlumata görə, hadisəni törədən Səfərova qarşı hadisədən əvvəl mütəmadi nizamnamədənkənar hərəkətlərə yol verilib, qətlə yetirdiyi şəxslər tərəfindən o, nalayiq formada təhqir olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti