...

İranda prezidentliyə namizədlərə təbliğat üçün avtomobil kartejlərinin təşkil edilməsi qadağan olunub

Siyasət Materials 26 May 2009 16:33 (UTC +04:00)

İranın Seçki Komissiyası bəyanat yayaraq, prezidentliyə namizədlərin təbliğat məqsədi ilə şəkillərinin və reklam banerlərinin şəhər mərkəzlərində yapışdırılmasına və seçici avtomobil kartejlərinin yaradılmasına qadağa qoyulduğunu bildirib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

Bəyanatda bildirilir ki, ölkə ərazisində şəhərlərin mərkəzi yol kənarlarında və  meydanlarda seçkilərdə iştirak edən namizədlərin şəkillərinin və təbliğat banerlərinin yapışdırılması və eləcə də seçici avtomobil kartejinin təşkil olunması parlamentin təsdiq etdiyi qanuna əsasən qadağandır. Namizədlər yalnız təyin olunmuş təbliğat mərkəzlərində öz şəkillərini yapışdıra bilər.

Bəyanatda həmçinin bildirilir ki, bu məsələ ilə bağlı namizədlərin seçki qərargahlarına məlumat verilib.

Xəbər lenti

Xəbər lenti