Gürcüstan, Tbilisi, 30 may / Trend müxbir N.Kirtsxaliya/
ABŞ-ın Gürcüstandakı səfiri Con Teft və səfirliyin daha bir neçə əməkdaşı mayın 29-da Marneulidə (Tbilisidən 30 km uzaqlıqda, əsasən etnik azərbaycanlıların məskunlaşdığı yer) olub, orada yerli QHT-lərlə görüşüb, "Мarneuli TV"yə baş çəkiblər.
Maliyyə problemləri üzündən "Marneuli TV" kanalı bir həftə əvvəl Azərbaycan dilində informasiya buraxılışlarını dayandırıb. Eyni səbəbdən gürcü dilində də buraxılışların dayandırılması təhlükəsi yaranıb. Əvvəllər telekanal yerli xəbərləri hər gün verirdisə, indi bunu həftədə dörd dəfə edir.
Teft televiziya işçilərini əmin edib ki, "hər şey yaxşı olacaq". "Marneuli TV"nin gürcü dilini öyrənmək istəyən azərbaycanlılar üçün verilişlərini dayandırmaq istəyini eşidən Teft deyib ki, dövlət dilinin öyrənilməsi Azərbaycan əhalisinin gürcü ictimaiyyətinə böyük inteqrasiyasına kömək edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]