...

Pakistan Əfqanıstanla danişıqlarda Türkiyənin vasitəçiliyini dəstəkləyir, - XİN təmsilçisi

Siyasət Materials 7 İyun 2009 09:55 (UTC +04:00)
Pakistan Əfqanıstanla danişıqlarda Türkiyənin vasitəçiliyini dəstəkləyir, - XİN təmsilçisi

Azərbaycan, Bakı, 6 iyun /Trend Nyus-un müxbiri R. Daraxşan/
İslamabad Pakistan-Əfqanıstan danışıqlarında Türkiyənin vasitəçiliyini alqışlayır, - bunu Pakistan XİN nümayəndəsi Abdul Basit deyib.

Onun telefonla agentliyimizə söylədiyinə görə, Pakistan Türkiyəyə İslamabad-Kabil danışıqlarındakı vasitəçiliyə görə minnətdardır.

Xatırladaq ki, üç ölkənin prezidenti - Abdulla Gül, Asif Əli Zərdari və Həmid Karzay, həmçinin ordu baş qərargahlarının və kəşfiyyat rəhbərləri aprelin 1-də terrorizmə, narkobiznesə qarşı mübarizə yollarını və xüsusi xidmətlər arasında məlumat mübadiləsini müzakirə etmək üçün Ankarada bir araya gəlmişdilər.

Bu, 2007-ci ildən bəri Türkiyənin vasitəçiliyi ilə keçirilən üçüncü görüş idi.

Abdul Basit silsilə danışıqlarını arası kəsilməyən proses adlandırdı.

Onun sözlərinə görə (məlumatı Cihan agentliyi də təsdiqləyib), gələn həftə Türkiyə XİN naziri Əhməd Davudoğlunun Pakistana səfəri zamanı ikitərəfli münasibətlər müzakirə olunacaq. Bu ölkələr arasında qardaşlıq münasibətləri qurulmuşdur.

Basit deyir ki, Türkiyə Pakistana son zaman yaranmış qaçqin problemi ilə bağlı fəal surətdə humanitar yardım ötürməkdə davam edir.

Pakistan hökumətinin ölkənin şimal-qərbində taliblərə qarşı keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində 2 milyon insan evlərindən didərgin düşüb.

Basit ABŞ-ın xüsusi nümayəndəsi Riçard Xolbrukun da İslamabada səfər etdiyini söyləyib.

Onun sözlərinə görə, Xolbruk Pakistanın prezidenti, baş naziri, XİN və maliyə nazirləri ilə qaçqınlara tələb olunan humanitar yardımla bağlı görüşlər keçirib.

Xəbər lenti

Xəbər lenti