...

Gürcüstanın radikal müxalifəti yay istirahətinə yollanmayacaq

Siyasət Materials 23 İyun 2009 12:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın radikal müxalifəti yay taym-autu elan etmək niyyətində deyil və etiraz aksiyalarını davam etdirəcək. "Vahid Gürcüstan naminə" hərəkatının lideri Eka Beseliyanın bildirdiyinə görə, parlamentin qarşısındakı etiraz aksiyası fasiləsiz rejimdə davam etdiriləcək və mübarizə payıza qədər ertələnməyəcək.

Qeyd etmək lazımdır ki, parlament qarşısındakı aksiyalar azsaylı olmağa başlayıb. Ona görə də müxalifət informasiya brifinqlərinin başlanğıcını 19.00-a təyin edib ki, aksiyalarda daha çox insan iştirak edə bilsin.

Hər cümə günü isə bütün siyasi liderlərin iştirak etdiyi siyasi mitinqlər keçiriləcək.

Beseliya deyib ki, iyunun 26-da BMT İşgəncələrə qarşı beynəlxalq günü qeyd edir və məhz həmin gün etiraz aksiyası Ali Məhkəmənin qarşısında keçiriləcək. Məhkəməyə yürüş parlamentin qarşısından başlayacaq. Beseliyanın sözlərinə görə, "məhkəmənin qanunsuzluqları, həmçinin Mixail Saakaşvili rejiminin həyata keçirdiyi ədalətsizliklər haqda materiallar təqdim olunacaq".

Aprelin 9-da başlamış Tbilisi aksiyalarından ötən 3 ayı isə müxalifət Sameqreloda baş tutacaq böyük aksiya ilə qeyd edəcək. Tbilisi ilə paralel ölkənin başqa regionlarında da aksiyalar planlaşdırılır. Qeyd etmək lazımdır ki, müxalifət bu regionda ən az reytinqə malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti