...

AŞ-yə üzv olduğu bu illər ərzində Ermənistan dövləti qaçqına və məcburi köçkünə çevirdiyi 1 milyon Azərbaycan vətəndaşının ən elemantar insani hüquqlarını pozub - Rafael Hüseynov

Siyasət Materials 25 İyun 2009 05:35 (UTC +04:00)

Fransa, Strasburq, 25 iyun/ Trend , müxbir A. Məhərrəmli /

AŞ-yə üzv olduğu bu illər ərzində Ermənistan dövləti qaçqına və məcburi köçkünə çevirdiyi 1 milyon Azərbaycan vətəndaşının ən elemantar insani hüquqlarını pozub. Bu fikirləri Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov çərşənbə günü qurumun "Ermənistandakı demokratik təsisatların fəaliyyəti" mövzusundakı məruzə ətrafında gedən müzakirəlrədə çıxışı zamanı deyib.

Millət vəkili qeyd edib ki, Ermənistanın 9 il ərzində AŞ ailəsinə layiq bir üzvə çevrilmək istiqamətində ciddi işlər görməsi haqda fikir söyləmək çətindir.
"Ermənistan 9 ildir AŞ-nin üzvüdür. Adətən AŞ-yə demokratiya məkətbi  deyirlər. Arxada qalan 9 il ərzində Ermənistan bu demokratiya məktəbindən hansı dərsi alıb? 9 il ərzində Ermənistan daha sivil, daha qanuni, insan haqlarına hörmət bəsləyən bir dövlətə çevrilmək yolunda  hansı tərəqqiyə nail olub, öz xalqını daha firəvan, qonşuları ilə münasibətlərini daha ədalətli qurmaqdan ötrü hansı səylər göstərib? Təəssüf ki, bu suallara müsbət cavab vermək çətindir?"-deyə o, bildirib.

Azərbayanlı deputat onu da əlavə edib ki, Ermənistan 2001-ci ildə AŞ-yə bu qurumun bütün tarixi ərzindəki ilk işğalçı dövlət kimi qəbul edildi. Həm də paradoksal cəhət bu idi ki, Ermənistan AŞ üzvü olan digər bir dövlətin ərazisinin 20 faizini işğal etmişdi. Adi məntiqlə gərək Ermənistan belə ləkəli reputasiyası ilə o vaxt heç AŞ-yə qəbul edilməyəydi, Lakin münaqişəni tezliklə və sülh yolu ilə həll etmək şərti ilə qəbul edildi. 9 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan nəyə nail olub?

"Ermənistan nəinki işğala son qoyaraq zəbt etdiyi əraziləri boşaltdı, əksinə, indi də yeni ərazi iddiaları, yeni təcavüz planları cızmaqadır. Ermənistan  bu quruma girərkən demokratiya prinsiplərinə sədaqət göstərəcəyini vəd etmişdi. Lakin bu illər ırzində Ermənistan dövləti qaçqına və məcburi köçkünə çevirdiyi 1 milyon Azərbaycan vətəndaşının ən elemantar insani hüquqlarını pozdu. O, bu qəddar münasibəti yalnız öz qonşusuna göstərmədi. Öz ölkəsini də bir polis rejiminə çevirdi və öz əhalisini də daimi vahimə, sabaha ümidsizlik şəraitində yaşatdı və indi də yaşatmaqdadır. Ermənistan terrorizmi  özünün dövlət siyasətinə çevirdi. Bu gün ölkə həbsxanaları siyasi məhbuslarla doludur. Ermənistanda söz, mətbut azadlığı yoxdur"-millət vəkili deyib.

AŞ-yə üzv olduğu müddətdə Ermənistanda bir dəfə də olsa belə demokratik meyarlara uyğun gələn seçki keçirilmədiyini xatırladan millət vəkili bəyan edib ki, 9 il ərzində ölkədə qanunların, o cümədən konstitusiyanın davamlı və kobud şəkildə pozulması adi hala çevrilib.

Son 9 ildə  Ermənistana rəhbərlik etmiş prezidentlərin  hər ikisinin bu kürsünü qeyri-qanunu tutduğunu deyən deputat, onların hər ikisinin Azərbaycana məxsus Dağlıq Qarabağdan olmalarını diqqətə çatdırıb. Onlar rəsmən Azərbaycan vətəndaşlığından çıxmayıblar. 9 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan nəyə nail olub?

Azərbaycana qarşı işğalı davam etdirdiyindən regiondakı bütün vacib beynəlxalq iqtisadi layihələrdə əsas yer tutan Azərbaycanın haqlı iradəsi ilə Ermənistan bütün faydalı müqavilələrdən kənarda qalıb. Həmin layihələr qonşu ölkələrə iqrisadi  tərəqqi və rifah gətirsə də, Ermənistan əhalisi durmadan müflisləşməkdədir. İnsanlar ölkəni tərk edir. Son 9 ildə Ermənistan əhalisinin yarısı dözülməz şəraitə görə mühacirət etməyə məcbur olub.

Millət vəkili bəayan edib ki, Ermənistanda plüralizm və fikir sərbəstliyi yoxdur.  Bu ölkədə siyasi oponentlərin susdurmağın sınanmış yolu terrordur. Ermənistan Parlamentindəki qətllərdən tutmuş son prezident seçkilərindəki kütləvi ölüm hadisələrinə qədər bunun çoxlu arzu olunmaz nümunələri var.

"Ermənistan parlamentinin burada təmsil olunan üzvləri ölkədəki əsl vəziyyət haqda danışa bilsələr, çox şey deyə bilərələr. Lakin onlar ölkənin digər vətəndaşları kimi qorxu içərisindədirlər. Ermənistanda həqiqəti söyləmək və həqiqət, ədalət uğrunda  mübarizə aparmaq həyat üçün təhlükəlidi"-deyə o, bildirib..

Çıxışının sonunda Rafael Hüseynov qeyd edib ki, təqdim olunan  məruzədə Ermənistandakı vəziyyətlə bağlı müəyyən müsbət tərəflər müşahidə edilərək işıqlandırılır. Bu, əlbəttə, yaxşıdır. Ən pisin içərisində müsbət olanı görmək nəcib əxlaqi keyfiyyətdir. Amma bu şərtlə ki, bu tək-tək müsbət cəhətləri sel kimi örtən saysız-hesabsız qanunsuzluqlara, haqsızlıqlara da göz yummayasan. Göz tək-tək yaxşı olanları görürsə, bəs bu qədər naqislikləri, fəlakətləri, pozuntuları, qanunsuzluqları sezmir? Gözlər həmin gözlər deyilmi?

Xəbər lenti

Xəbər lenti