...

Azərbaycanın daxili işlər orqanları sırasından 164 nəfər xaric edilib

Siyasət Materials 2 İyul 2009 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda ötən il daxili işlər orqanları sırasından 164 nəfər xaric edilib, Trend -un məlumatına görə, bunu daxili işlər nazirinin müavini Əsgər Ələkbərov rəsmi mətbuata verdiyi müsahibəsində bildirib.

Nazir müavini daxili işlər orqanlarının fəaliyyətində insan hüquqlarının pozulması, ayrı-ayrı əməkdaşlar tərəfindən xidməti vəzifələrin icrası zamanı, vətəndaşlarla rəftarda ciddi nöqsanlara yol verilmə hallarının mövcudluğundan təəssüfləndiyini vurğulayıb.

"Belə halların ilbəil azalmasına baxmayaraq, nazirliyin rəhbərliyi tərəfindən qanunsuz hərəkətlərə, polis adına ləkə gətirən hallara yol verənlərə qarşı sərt tədbirlər həyata keçirilir", - deyə Ələkbərov vurğulayıb.

Nazir müavini qeyd edib ki, ötən il qanunçuluğun pozulması ilə bağlı 248, onlardan insan hüquq və azadlıqlarının pozulmasına görə 154 əməkdaş barəsində tədbirlər görülüb.

Ötən il xidməti fəaliyyətində fərqlənən 1520 əməkdaş, o cümlədən 123 nəfər DİN-in "Fəxri fərmanı", 129 nəfər "DİO-da əla xidmətlərinə görə", döş nişanı ilə mükafatlandırılıb, 44 nəfərə mükafat qaydasında xüsusi rütbə verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti