...

Tbilisi Obama və Medvedevin Gürcüstanla bağlı vəziyyəti müzakirə edəcəklərinə ümid edir

Siyasət Materials 6 İyul 2009 17:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 iyul / Trend , müxbir N.Kirsxaliya / 

Rəsmi Tbilisi Obama və Medvedevin görüş zamanı Gürcüstanla bağlı vəziyyəti müzakirə edəcəklərinə ümid edir. Bu barədə bugünkü brifinqdə Gürcüstan XİN rəhbərinin müavini Aleksandr Nalbandov məlumat verib.

Onun sözlərinə görə, bu görüşdən nəinki Gürcüstan, həm də bütün dünya ictimaiyyəti çox şey gözləyir. Nalbandov başqa strateji məsələlərlə yanaşı, Gürcüstanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı danışıqların mərkəzi mövzulardan biri olacağını düşünür.

"Gürcüstana münasibətdə tərəflərin mövqeyində tamamilə ziddiyyət var. ABŞ-ın möhkəm mövqeyi Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəkdir. Mən əminəm ki, Gürcüstan məsələsi bu aspektdə müzakirə olunacaq", - nazir müavini bildirib.

Nalbandov, həmçinin ABŞ-ın Gürcüstandakı səfiri Con Tefftin "Obamanın Medvedevlə görüşdə Gürcüstanın ərazi bütövlüyü məsələsini qaldıracağını" dediyini xatırladıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti