...

Azərbaycan və Pakistan arasında ikitərəfli əlaqələr sentyabrda birgə komissiyanın iclasında müzakirə olunacaq - Pakistandakı səfir

Siyasət Materials 9 İyul 2009 09:00 (UTC +04:00)
Azərbaycan və Pakistan arasında ikitərəfli əlaqələr sentyabrda birgə komissiyanın iclasında müzakirə olunacaq - Pakistandakı səfir

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir Ü.Sadıxova /

Sentyabrda Bakıda Azərbaycan-Pakistan birgə komissiyasının iclası keçiriləcək. İclasda bütün sahələrdə ikitərəfli əlaqələr müzakirə olunacaq və yeni qərarlar qəbul ediləcək. Bu barədə Azərbaycanın Pakistandakı səfiri Eynulla Mədətli məlumat verib.

"Azərbaycanı Baş nazirin birinci müavini, Pakistan tərəfini isə ehtimal ki, neft və təbii sərvətlər naziri təmsil edəcək", - Trend -un jurnalistinə çərşənbə günü Azərbaycan Xarici İşlər Nazirliyinin 90 illiyinə həsr olunmuş beynəlxalq konfransda səfir deyib.

Səfir Azərbaycanla Pakistan arasında xüsusilə son illər əlaqələrin möhkəmləndiyini qeyd edib.

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb. Ölkələr arasında mal dövriyyəsi 2009-cu ilin yanvar-aprel aylarında 4,7 milyon dollar təşkil edib.

Səfirin sözlərinə görə, yaxın aylarda Pakistan müdafiə nazirinin katibinin, dəniz qüvvələri komandanının və Pakistan BBC-nin Baş qərargah rəhbərinin Azərbaycana səfəri gözlənilir.

"Azərbaycan nümayəndələrinin də Pakistana səfəri nəzərdə tutulub", - səfir bildirib.

Onun sözlərinə görə, İslamabadda Azərbaycan səfirliyinin işçiləri üçün diplomatik şəhərciyin açılması gözlənilir. Şəhərcik ərazisində inzibati bina, səfirliyin iqamətgahı, səfirlik işçiləri üçün yaşayış binası tikiləcək.

"Ümid edirəm ki, açılış mərasimində Azərbaycan nümayəndələri də iştirak edəcəklər", - səfir deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti