...

Azərbaycan paytaxtında ağır qətlin üstü açılıb

Siyasət Materials 9 İyul 2009 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Bakının Əzizbəyov rayonunda ötən ayın sonunda baş vermiş qətlin üstü açılıb.

Bakı Şəhər Prokurorluğundan cümə axşamı Trend -a verilən məlumata görə, iyunun 22-də saat 8.00 radələrində Əzizbəyov rayonu, Qala qəsəbəsi, Qala stansiyasının Yeni yaşayış sahəsində  Zuxrabov  Arif Zumrudin oğlunun yaşadığı evin həyətində üzərində kəsici-deşici alətlə yetirilən çox saylı xəsarətlər olan meyiti aşkar edilib.

Zuxrabovun qəsdən öldürülməsi faktı üzrə Əzizbəyov rayon Prokuroluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb və rayon Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılaraq cinayəti törətmiş şəxsin müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Rayon hüquq-mühafizə orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində Qala qəsəbəsində yaşayan, Cəbrayıl rayonunun Şükürbəyli kəndində pasport qeydiyyatında olan Əliyev Orxan Bağdad oğlu həmin cinayəti törətməkdə şübhəli bilinərək iyunun 24-də saxlanılıb və üzərinə baxış keçirilərkən üstündə mərhum Zuxrabova məxsus mobil telefon aparatı aşkar edilərək götürülüb.

İstintaqla müəyyən edilib ki, iyunun 21-də saat 5.00 radələrində Əliyev tanışı Zuxrabovu, sonuncunun yaşadığı Qala stansiyasının Yeni yaşayış sahəsindəki evində, şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı masanın üstündə olan mətbəx bıçağı ilə baş, döş qəfəsi və bədənin müxtəlif nahiyyələrinə çox saylı xəsarətlər yetirərək qəsdən öldürüb.

Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə təqsirləndirilən şəxs qismində Əliyevə qarşı məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti