...

Bakıda Azərbaycan-Amerika əməkdaşlığının perspektivləri müzakirə olunacaq

Siyasət Materials 10 İyul 2009 15:24 (UTC +04:00)
Bakıda Azərbaycan-Amerika əməkdaşlığının perspektivləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir E.Tariverdiyeva /

ABŞ-ın dövlət katibinin birinci müavini Ceyms Steynberq Bakıda Azərbaycan-Amerika əməkdaşlığının perspektivlərini müzakirə edəcək.

Steynberq Bakıya qısamüddətli səfəri çərçivəsində bu gün və sabah Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq, ikitərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin regional və beynəlxalq xarakterli məsələləri müzakirə edəcək. Bu barədə Trend -a cümə günü ABŞ-ın Azərbaycandakı səfirliyinin attaşesi Dmitri Taraxovski bildirib.

Steynberq bu vəzifəyə təyin olunmamışdan öncə prezident Klintonun administrasiyasında əsas vəzifələrdən birini tutub. O, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti