...

Azərbaycanın sülhməramlıları Əfqanıstandan qayıdıb

Siyasət Materials 16 İyul 2009 15:09 (UTC +04:00)
Azərbaycanın Əfqanıstanda xidmət edən 43 zabit və əsgər heyətindən ibarət sülhməramlısı vətənə qayıdıb.
Azərbaycanın sülhməramlıları Əfqanıstandan qayıdıb

Azərbaycan, Bakı 16 iyul / Trend , A.Hüseynbala /

Azərbaycanın Əfqanıstanda xidmət edən 43 zabit və əsgər heyətindən ibarət sülhməramlısı vətənə qayıdıb.

"Ratasiya qaydasında 43 Azərbaycan sülhməramlısı isə Əfqanıstana yola düşüb", - cümə axşamı Trend -a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.

Azərbaycan Milli Ordusunun tərkibində 1997-ci ildə sülhməramlı bölük, sonra isə sühməramlı tabor yaradılıb. Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150, Kosovoda 34 hərbçisi xidmət edib. Azərbaycanlı hərbçilər Kosovonun 18 kəndində nəzarəti həyata keçiririblər. Azərbaycanın Kosovodakı sülhməramlı bölüyü Türkiyənin sülhməramlı qüvvələrinin tərkibində fəaliyyət göstərib.

Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə Azərbaycanın 45 sülhməramlısı xidmət edir, həmin əsgərlər Kabil şəhərində post-patrul xidməti həyata keçirirlər.

1999-cu ildən formal olaraq Serbiya ərazisinin bir hissəsi olan Kosovo BMT-nin tabeliyindədir. Fevralın 17-də Kosovo Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Rəsmi Belqrad vilayətin müstəqilliyi ilə barışmaq niyyətində deyil. Bir sıra ölkələr, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə Kosovonun müstəqilliyini tanıyıb. Rusiya, İspaniya, Çin, Yunanıstan, Gürcüstan Belqradın mövqeyini dəstəkləyir və Kosovonun müstəqilliyini tanımaq niyyətində deyillər. Azərbaycan Kosovonun müstəqilliyini tanımaqdan imtina edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti