...

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü başlayıb

Siyasət Materials 18 İyul 2009 17:13 (UTC +04:00)
Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dmitri Medvedyev, İlham Əliyev və Serj Sarksyan şənbə günü Moskvada keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının gələcək yollarını müzakirə edirlər.
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü başlayıb

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dmitri Medvedyev, İlham Əliyev və Serj Sarksyan şənbə günü Moskvada keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının gələcək yollarını müzakirə edirlər, RİA Novosti xəbər verib.

Səhər saatlarında dövlət başçıları Mərkəzi Moskva ippodromunda keçirilən RF prezidenti mükafatı uğrunda at yarışlarında iştirak ediblər. Sonra Moskva restoranlarının birində üçtərəfli formatda söhbətlərini davam etdiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti