...

Gürcüstanın xarici işlər naziri məzuniyyətdədir və istefaya getməyə hazırlaşmır

Siyasət Materials 27 İyul 2009 14:01 (UTC +04:00)
Gürcüstanın xarici işlər naziri məzuniyyətdədir və istefaya getməyə hazırlaşmır

Gürcüstan, Tbilisi, 27 iyul / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan Xarici İşlər Nazirliyi ölkənin xarici siyasət idarəsinin başçısı Qriqol Vaşadzenin istefası xəbərini təkzib edib. Bu bəyanatla bu gün keçirilən brifinqdə Gürcüstan KİV-in yaydığı elanlara cavab olaraq xarici işlər nazirinin müavini David Calaqaniya çıxış edib.

KİV-də iki həftə ərzində nəzərlərdən yayınan nazirin istefaya getməsi barədə informasiya yayılıb. Onlar bildiriblər ki, xarici işlər naziri olmadan yüksəkrütbəli xarici nümayəndə heyətlərinin Gürcüstana vacib səfərləri keçirilib.

"Nazir məzuniyyətdədir və istefa haqqında heç bir söhbət ola bilməz", - deyə Calaqaniya bildirib. O, nazirin istefası barədə bütün söhbətləri "böhtan" və "uydurma" adlandırıb.  

Xəbər lenti

Xəbər lenti