...

Gürcüstanda sentyabrın 27-də ölkə parlamentinə aralıq seçkilər keçiriləcək

Siyasət Materials 27 İyul 2009 19:50 (UTC +04:00)
Gürcüstanda üç seçki dairəsində - 7 saylı Çuquret (Tbilisi), 60 saylı Ozurqet və 12 saylı Gürcaani - aralıq parlament seçkiləri keçiriləcək.
Gürcüstanda sentyabrın 27-də ölkə parlamentinə aralıq seçkilər keçiriləcək

Gürcüstan, Tbilisi, 27 iyul / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstanda üç seçki dairəsində - 7 saylı Çuquret (Tbilisi), 60 saylı Ozurqet və 12 saylı Gürcaani - aralıq parlament seçkiləri keçiriləcək. Bu barədə qərar MSK-nın bugünkü iclasında qəbul edilib.

Seçkilərin təyin edilməsi üçün səbəb, parlamentdəki kadr dəyişikliklərindən sonra boş majoritar deputat yerlərinin qalmasıdır.

Belə ki, Çuquret dairəsinin deputatı Laşa Jvaniya iqtisadi inkişaf naziri, Ozurqet rayonunun deputatı Anzor Erkomaişvili Folklor Mərkəzinin rəhbəri, Gürcaani dairəsinin deputatı Georgi Qviniaşvili isə Kaxetinin qubernatoru təyin edilib.

MSK-nın sədri Levan Tarxnişvili jurnalistlərə bildirib ki, aralıq seçkilərində iştirak etmək istəyən partiyalar siyahılarını avqustun 1-dək təqdim etməlidirlər.

MSK-nın bugünkü iclasında KİV-in seçkilərdə iştirakı və onlardan seçkiqabağı kampaniya zamanı istifadəolunma qaydaları müəyyən edilib.

Həmçinin seçki komissiyalarının üzvlərinin müsabiqə seçiminin şərtləri, tarixi və digər təşkilati məsələlər müəyyən edilib.

MSK aralıq seçkilərin maliyyə büdcəsini də təsdiqləyib. O, ümumilikdə 2 584 543,11 lari (1 dollar = 1,66 lari) təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti