...

Gürcüstanın İctimai Televiziyasına polşalı jurnalist Adam Mixnik rəhbərlik edə bilər

Siyasət Materials 3 Avqust 2009 16:53 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 avqust / Trend , müxbir N.Kirsxaliya /

"Gürcüstan İctimai Yayımı"nın vakant baş direktor vəzifəsinə məşhur polaşlı jurnalist və media-ombudsman Adam Mixnik də namizəddir. Bu barədə jurnalistlərə fəaliyyətdə olan xalq müdafiəçisi Sozar Subari məlumat verib.

Subarinin sözlərinə görə, vakant vəzifənin tutulması üzrə müsabiqədə Mixnikin iştirakı ideyası qeyri-hökumət təşkilatları ilə görüşdə yaranıb.

"Mixniklə artıq məsləhətlər aparılıb və o, müsabiqədə iştiraka hazır olduğunu bildirib", - Subari məlumat verib.

Məşhur polyak jurnalist və media-ombudsman, "Vıborça" qəzetinin redaktoru, keçmişdə fəal dissident Mixnik Gürcüstana 2007-ci ilin noyabrında Avropa İttifaqı, ABŞ hökuməti, Polşa XİN və prezidentliyə o vaxtkı namizəd Mixail Saakaşvilinin təşəbbüsü ilə "İmedi" teleşirkətinin likvidliyinə görə yaranmış gərginliyi həll etmək üçün səfər etmişdi.

"Gürcüstanın İctimai Yayımı"nın baş direktoru vəzifəsinə müsabiqə 2009-cu il iyulun 21-də başlayıb və avqustun 3-də başa çatacaq.

İctimai Yayımın müşahidə şurasının sədri Levan Qaxaledzenin bildirdiyi kimi, Mixnik formal olaraq baş direktor seçkilərində iştirak və namizədliyini irəli sürmək hüququna malikdir. Bu, Gürcüstan qanunlarına zidd deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti