Azərbaycan Prezidenti İlham Əliyev avqustun 3-də Naxçıvan şəhərində yeni səhiyyə müəssisəsinin - Doğum Mərkəzinin açılış mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident İlham Əliyev Doğum Mərkəzinin açılışını bildirən rəmzi lenti kəsib, yeni səhiyyə müəssisəsindəki şəraitlə tanış olub.
Tikintinin ümumi sahəsi 1,26 hektar, binanın sahəsi isə 14521 kvadratmetrdir. Altımərtəbəli tibb müəssisəsi 100 çarpayılıqdır. Mərkəzdəki 7 şöbədə perinatal diaqnostika və poliklinika, ekstrakorporal mayalanma, fizioloji doğuş, ginekoloji, hamiləliyin patologiyası, anesteziologiya, reanimasiya və intensiv terapiya, kliniki laboratoriya bölmələri fəaliyyət göstərir. Mərkəzdə daha iki bölmə - yeni doğulanların reanimasiya və intensiv terapiya bölməsi, yarımçıq doğulanların reanimasiya şöbələri yaradılıb. Səhiyyə ocağında əməliyyat bloku da var. Doğum Mərkəzində fizioterapiya kabinəsi, embrioloji və andreoloji kabinetlər, 2 böyük və 2 kiçik əməliyyat otaqları, stomatoloji kabinə, ginekoloji müayinə kabinələri şəhər sakinlərinin istifadəsinə verilib. Tibb müəssisəsində 65 həkim, 102 orta, 61 kiçik tibb işçisi, 42 xidməti işçi, ümumilikdə 270 nəfər çalışır.
Prezident İlham Əliyev birinci mərtəbədə mərkəzin poliklinikasına, qəbul və izolyator şöbələrinə, ikinci mərtəbədə hamiləliyin patologiyası şöbəsinə, beşinci mərtəbədə fizioloji doğuş, reanimasiya bölmələrinə və palatalara baxıb.
Azərbaycan Prezidenti Naxçıvan şəhərində Doğum Mərkəzinin açılış mərasimində iştirak edib
Tikintinin ümumi sahəsi 1,26 hektar, binanın sahəsi isə 14521 kvadratmetrdir. Altımərtəbəli tibb müəssisəsi 100 çarpayılıqdır. Mərkəzdəki 7 şöbədə perinatal diaqnostika və poliklinika, ekstrakorporal mayalanma, fizioloji doğuş, ginekoloji, hamiləliyin patologiyası, anesteziologiya, reanimasiya və intensiv terapiya, kliniki laboratoriya bölmələri fəaliyyət göstərir. Mərkəzdə daha iki bölmə - yeni doğulanların reanimasiya və intensiv terapiya bölməsi, yarımçıq doğulanların reanimasiya şöbələri yaradılıb. Səhiyyə ocağında əməliyyat bloku da var.