...

Naxçıvanın hərbi potensialı çox yüksək səviyyədədir - Azərbaycan Prezidenti

Siyasət Materials 5 Avqust 2009 02:36 (UTC +04:00)
Naxçıvanın hərbi potensialı çox yüksək səviyyədədir - Azərbaycan Prezidenti

Azəbaycan, Bakı, 05 avqust / Trend /

Naxçıvanın hərbi potensialı çox yüksək səviyyədədir, Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli mərasimdə öz nitqində demişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi cərşənbə axşamı yayıb.

Prezident qeyd etdi ki, hərbi hissədə olarkən əmin oldu ki, "Naxçıvanın müdafiəsi üçün hər şey edilib və Naxçıvan özünü istənilən hücumlardan tam şəkildə müdafiə etməyə və eyni zamanda, istənilən hərbi vəzifəni icra etməyə qadirdir".

Prezident İlham Əliyev bəyan etdi ki, Ermənistan Azərbaycanı müxtəlif beynəlxalq təşkilatlarda həmişə ittiham etməyə çalışır ki, Azərbaycan Ermənistana blokada tətbiq edir. "Amma əslində belə deyildir. Uzun illər ərzində Naxçıvan blokada şəraitində yaşayır və bu blokada bu gün də davam edir. Amma buna baxmayaraq Naxçıvan yaşayır, Naxçıvan inkişaf edir, Naxçıvanda böyük quruculuq işləri aparılır və Naxçıvanın uğurlu inkişafı ölkəmizin gücünü göstərir", - İlham Əliyev dedi.

Xəbər lenti

Xəbər lenti