Gürcüstan, Tbilisi, 14 avqust / Trend , müxbir N.Kirsxaliya /
Münaqişələrin prevensiyası üzrə Dvanidəki bugünkü görüşdə Osetiya tərəfi gürcü kəndlərinə öz ərazisindən atəşin açılmasını etiraf edib. Bu barədə cümə günü jurnalistlərə reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili bildirib.
Onun sözlərinə görə, Rusiyanın Xarici İşlər və Müdafiə nazirlikləri nə deyirsə desin, atəş barədə məlumatı osetin tərəfi təsdiqləyib.
O həmçinin qeyd edib ki, bugünkü görüşdə gürcü tərəfi gürcülərin oğurlanması, təhlükəsizlik və əhalinin azad yerdəyişməsi tədbirlərinin qəbulu məsələsini ortaya qoyub.
"Rusiya tərəfi prosesi çətinləşdirməyə çalışsa da, bu, alınmadı. Ona görə də onlar danışıqlara qayıtmaq qərarına gəldi", - dövlət naziri bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]