...

İranda Nazirlər Kabinetinə dair fikir ayrılığı qaçılmazdır - ekspert

Siyasət Materials 15 Avqust 2009 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust / Trend , müxbir T.Konyayeva /

Rusiyanın məşhur politoloqu və şərqşünası hesab edir ki, Əhmədinejad tərəfindən Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi üçün parlamentə təqdim edilməsi hakimiyyətdə olan elita ilə müxalifət arasında olduğu kimi, Əhmədinejadın tərəfdaşları arasında da yeni ixtilaf dalğasına səbəb olacaq.

"Əhmədinejad tərəfindən təqdim edilən namizədllərin müzakirəsi zamanı təkcə İran Prezidentinin təfədaşları ilə əleyhdarları arasında deyil, eyni zamanda onun tərəfdaşlarının müxtəlif qruplaşmaları arasında da ixtilaf və parçalanma qaçılmazdır", - Trend -a elektron poçtla İsrail və Yaxın Şərq İnstitutunun direktoru, professor Yevgeni Satanovski bildirib.

O hesab edir ki, Əhmədinejad və ali lider Xamneyi arasındakı qarşıdurma, onların hər hansı bir müxalifət - dünyəvi və ya dini, oliqarxiya və ya qərbyönlü müxalifət ilə hər bir vasitə ilə mübazirəyə hazır olması prezident düşərgəsində mümkün parçalanmaya səbəb ola bilər.

Satanovskinin fikrincə, Nazirlər Kabinetinin yeni tərkibinin baxılması üçün parlamentə təqdim edilməsi, spiker Laricani də daxil olmaqla, prezidenti dəstəkləməyən deputatların çoxu tərəfindən qarşıdurmanın kəskinləşməsinə səbəb yox, bəhanədir.

Mehr agentliyinin məlumatına əsasən, parlamentin nümayəndələri ilə görüşdə Əhmədinejad bildirib ki, növbəti həftə nazir vəzifəsinə təyin etməyi planlaşdırdığı şəxsləri parlamentə təqdim edəcək. Mühafizəkarların nüfuzlu nümayəndəsi Əli Mütəhhəri Mehr agentliyinə bildirib ki, Əhmədinejad mümkün namizədlərlə bağlı müvafiq şəxslər ilə lazımı qədər məsləhətləşmir.

İran Prezidenti və ali lider ayətulla Əli Xamneyi də daxil olmaqla, onun siyasi kursunun tərəfdaşları arasında qarşılıqlı münasibətlərdəki gərginlik Əhmədinejadın birinci vitse-prezident vəzifəsinə İsfəndiyar Rəhim Məşayinin təyin edilməsi qərarından sonra artmağa başlayıb. İran Prezidentinin qudası olan Məşayi ötən il "İran İsrail xalqının dostudur" ifadəsi ilə məşhur olub.

Bir neçə gündən sonra Əhmədinejad ölkənin birinci vitse-prezidentini işdən azad etdi. Onun təyin olunması dövlət başçısının ünvanına xeyli dərəcədə tənqidə səbəb oldu. Bundan sonra ali lider də Əhmədinejadı onu işdən azad etməsinə çağırdı.

Satanovski bildirib ki, İranın siyasi elitasının əsas problemi ondan ibarətdir ki, "müxalifət müxtəlif tərkiblidir, vahid qərargaha malik deyil, ona qarşı duran qruplaşma da müxtəlif tərkiblidir".

"Xamneyi Əhmədinejad, İran İnqilab Keşikçiləri Korpusu (Sepah) və "Bəsic" ordusundan ona görə istifadə etdi ki, elə də nüfuzlu və zəngin olmayan qruplaşması onun otuz ildir rəqabət apardığı şəxsi əleydarlarının - Musəvi, Kərrubi, Hatəmi, Haşimi Rəfsəncani və onların dəstək qrupunun öhdəsindən gələ bilsin", - professor bildirib.

O həmçinin əlavə edib ki, prezidentin başçılıq etdiyi Sepah bu vəziyyətdən ölkəni nəzarət altına almaq üçün istifadə etdi.

İrandakı siyasi hadisələri izləyən bir çox ekspertlərin fikrincə, Əhmədinejadı dəstəkləyən əsas qüvvələrin sırasında hərbi nümayəndələr, Sepah və müqavimət qüvvələri (Bəsic) yer alır.

Əhmədinajadın legitimliyinin parlament müxalifətinin və islahatçıların 70 üzvü tərəfindən tanınması və ölkədə davam edən etiraz aksiyaları hakimiyyətin hazırkı problemlərini dərinləşdirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti