Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Cənubi Koreya Prezidenti Li Men Baka, Koreya Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Kim De Çjunun vəfat etməsi ilə bağlı başsağlığı verib. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
"Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm", - məktubda deyilir.