...

Azərbaycan paytaxtında metro stansiyasına bomba qoyulması barədə yalan məlumat verən şəxs müəyyənləşib

Siyasət Materials 22 Avqust 2009 14:16 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən şənbə günü Trend News-a bildiriblər ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatın Masallı rayonunda yaşayan, ruhi xəstə İqbal Hüseynov tərəfindən verilməsi müəyyən edilib.
Azərbaycan paytaxtında metro stansiyasına bomba qoyulması barədə yalan məlumat verən şəxs müəyyənləşib

Azərbaycan, Bakı, 22 avqust / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycan paytaxtında metronun "Əhmədli" stansiyasının çıxışına bomba qoyulması barədə yalan məlumat verən şəxs müəyyənləşib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən şənbə günü Trend -a bildiriblər ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatın Masallı rayonunda yaşayan, ruhi xəstə İqbal Hüseynov tərəfindən verilməsi müəyyən edilib.

Dünən Saat 21.49 radələrində naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin "112 zəng xidməti"nə zəng edərək metronun "Əhmədli" stansiyasının çıxışına bomba  qoyulduğunu deyərək telefonu söndürüb.  Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş və müvafiq tədbirlər görülmüşdür. Lakin məlumat təsdiqini tapmamışdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti