...

Mərkəzi Asiya ölkələri ilə münasibətlər ABŞ üçün ən mühüm məsələ olaraq qalmalıdır – Ağ Evin keçmiş əməkdaşı

Siyasət Materials 24 Avqust 2009 11:22 (UTC +04:00)
Mərkəzi Asiya ölkələri ilə münasibətlər ABŞ üçün ən mühüm məsələ olaraq qalmalıdır – Ağ Evin keçmiş əməkdaşı

ABŞ, Vaşinqton, 22 avqust / Trend , müxbir N.Boqdanova /

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (CSIS) enerji proqramı üzrə direktoru Frenk Verrastro (Frank Verrastro) hesab edir ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlər ABŞ üçün ən mühüm məsələ olaraq qalmalıdır.

"ABŞ-ın region ölkələri ilə ikitərəfli münasibətləri ən mühüm məsələlərdən biri olmalıdır", - Trend -a Ağ Evin keçmiş əməkdaşı Verrastro bildirib.

Onun sözlərinə əsasən, ABŞ-ın Mərkəzi Asiya ölkələrindəki maraqları diplomatik təhlükəsizlik, terrorizmlə mübarizədən tutmuş energetika və iqlimə kimi çoxsaylı və müxtəlifdir. ABŞ hökuməti Mərkəzi Asiya respublikaları ilə bugünkü səylərə və şəraitə uyğunlaşdırılan münasibətlərini və siyasətini yenidən gözdən keçirmək niyyətindədir, Verrastro bildirib.

Politoloqun sözlərinə əsasən, geosiyasi landşaft 1990-cı illərin əvvəlindən, Mərkəzi Asiya respublikalarının müstəqilliyi və suverenliyi haqqında məsələ qaldırıldıqdan sonra dəyişilib.

"Hesab edirəm ki, energetikanın regional siyasətimizdə əsas istiqamət olması barədə ümumi fikir mövcuddur. Biz regionun ayrıca dövlətlərinin səsini və istəyini eşitməyə çalışırıq, bununla yanaşı, fikrimizi bu münasibətlərin saxlanılmasının vacibliyinə cəmləşdirməyə çalışırıq", - Verrastro bildirib.

Onun sözlərinə əsasən, Rusiya 1990-cı illərdə olduğundan daha əmin və məqsədyönlüdür, lakin ABŞ-ın region ölkələri ilə ikitərəfli münasibətləri mühüm məsələlərdən biri olmalıdır.

Verrastro hesab edir ki, Rusiya, Çin, İran və ABŞ-ın Mərkəzi Asiya üzrə bəzi geosiyasi maraqları paralel, bəziləri isə ayrıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti