...

Türkiyənin xarici işlər naziri Şimali Kipr Türk Respublikasına səfər edib

Siyasət Materials 1 Sentyabr 2009 11:48 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Şimali Kipr Türk Respublikasına səfər edib

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , A.Axundov /

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar ertəsi İraq və Suriyaya birgünlük səfərdən sonra Şimali Kipr Türk Respublikasına yola düşüb. Türkiyənin Anadolu informasiya agentliyi xəbər verir.

Respublikanın Prezidenti Məhməd Əli Tələt, Baş nazir Dərviş Eroğlu, xarici işlər naziri Hüseyn Özgürgün ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Bazar ertəsi Davudoğlu Bağdadda İraqın Baş naziri Nuri əl-Maliki və Dəməşqdə Suriyanın Prezidenti Bəşər əl-Əsəd ilə görüşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti