Azərbaycan, Bakı, 12 Sentyabr/ Trend , müxbir: D.Xatınoğlu/
Xəzəryanı ölkələrin Aktau-da Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan arasında keçirilən iclasıa, İranın BAkıdakı səfiri, rəsmi Tehranın dəvət olunmadığı üçün narahatlığını vurğulasa da, tərəflərdin Xəzər dənizinin statusunun bu iclasda müzakirə etməyəcəklərinə vəd etdiyini bildirib.
"Qazaxıstan bu iclasın təşkilatçısı kimi İrana vəd edib ki, Xəzərin statusu müzakirə mövzusu deyil və bu haqda müzakirələr yalnız beş ölkənin arasında keçirilən iclaslarda müzakirə oluna bilər"-deyə, İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhramı Trend -a bildirib.
Sentyabrın 11-də Qazaxıstanın Aktau şəhərində Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan prezidentlərinin qeyri-rəsmi görüşü keçirilib. Dövlət başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə ediblər.
Mirzəzadə bildirib ki, sammitdə əsasən MDB üzvü olan Xəzəryanı dövlətlərin gələcək əməkdaşlığı müzakirə olunub.
Bəhrami bildirib ki, Qazaxıstan tərəfi bu iclasda, dörd MDB üzvləri arasında iqtisadi əməkdaşlığın inkişafı, inşaat və iqtisadiyyatla bağlı bəzi planların açılışı, idman çempionatları və formal tədbirlər keçiriləcəyini bildirib.
İran səfiri Xəzərin statusu ilə bağlı (İran olmadan) hansısa bir müzakirənin keçirilməsini bu ölkənin milli mənafeinə zidd olduğunu vurğulayıb. "Sabiqdə əldə etdiyimiz sazişə görə, Xəzryanı ölkələrinin hamısının iştirakı olmadan həyata keçirilən sazişnamələrin dəyəri yoxdur"-deyə, səfir bildirib.
Bəharmı hesab edir ki, Xəzəryanı ölkələr elə hərəkət etməməlidir ki, "əməkdaşlıq ruhu" pozulsun.
Bəhramı Xəzərlə bağlı beş ölkənin növbəti görüşünün oktyabr ayında Bakıda keçiriləcəyini bildirərək, ümid edib ki, rəsmi Bakı bu iclası tezləşdirməklə, dənizin statusunun müəyyənləşdirilməsinə yardım etsin.
İranın Azərbaycandakı səfiri dənizdə hərbi addımların həssaslığını xüsusi vurğulayıb, lakin, konkret olaraq hansı "hərbi addım"-ə nəzərdə tutduğunu açıqlamayıb.
Türkmənistan qısa müddət ərzində Xəzərdə Müdafiə Nazirliyi və Sərhəd Xidmətinin hərbi-dəniz bazasını yaradacaq, bazar günü Türkmənistanın Dövlət Təhlükəsizlik Şurasının geniş iclasında Prezident Qurbanqulı Berdımuhəmmədov bildirib.
Bəhrami əlavə edib ki, hamı çalışmalıdır ki, Xəzər sülh dənizi qalsın və xəzəryanı ölkələr təhlükəsizliklə bağlı "öz rollarını" oynasınlar. "Beləliklə, hansısa bir ölkənin hərbi gəmiləri və qayıqlarının sularımıza daxil olmasına icazə verməyəcəyik"-deyə, səfir bildirib.
Bəhrami həmçinin bildirib ki, xəzəryni ölkələri istisna etməklə, hansısa bir ölkənin gəmisi dənizdə olmamalı və bayrağı gəmilərə sancılmamalıdır.
Gəmilərin Xəzərdə üzməsi ilə bağlı, keçən ilin oktyabrında Tehranda keçirilən iclasda, hər 5 ölkə razılığa gəliblər.
Hazırda Xəzərin dibinin bölünməsi məsələsində Azərbaycan, Rusiya və Qazaxıstanın bir-birinə qarşı heç bir tələbləri yoxdur və bu ölkələr ikitərəfli və üçtərəfli müqavilələr bağlayıblar.