...

İsveçrə Parlamentinin iki palatasının rəhbərləri Azərbaycana səfər edəcək

Siyasət Materials 18 Sentyabr 2009 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir S.Ağayeva /

İsveçrə Parlamentinin iki palatasının rəhbərləri Azərbaycana səfərə dəvət ediliblər.

Milli Məclisin spikeri Oqtay Əsədov Milli Şuranın rəhbəri Kiara Simoneski Kortezlə və Kantonlar Şurasının rəhbəri Alen Bersetlə görüşü zamanı onları Azərbaycana rəsmi səfərə dəvət edib. Bu barədə Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov cümə günü Trend -a məlumat verib.

Azərbaycan Parlamentinin spikeri İsveçrəyə ilk rəsmi səfəri çərçivəsində iki palatada parlamentlərarası əməkdaşlıq məsələləri, İsveçrə Parlamentində Azərbaycanla dostluq qrupunun fəaliyyəti barədə müzakirələr aparıb, İsveçrə tərəfini Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsinin vəziyyəti barədə məlumatlandırıb.

İsveçrə tərəfi ölkənin regiondakı rolunu və son illər dünyada Azərbaycana marağın əhəmiyyətli dərəcədə artmasını nəzərə alaraq, Azərbaycanla parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyini təsdiq edib.

"İsveçrənin xarici işlər naziri Mişlin Kalmi-Rey Azərbaycanın nümayəndə heyətini qəbul edib. O, son bir neçə il ərzində ölkələr arasındakı qarşılıqlı əlaqələrin səviyyəsindən məmnun olduğunu bildirib. Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və İsveçrənin Cənubi Qafqazda stabilliyə dəstəyi üzrə fikir mübadiləsi aparıb", - səfir deyib.

"İsveçrənin yeganə məqsədi Cənubi Qafqazda sülhü və stabilliyi bərpa etməkdir və bu konteksdə Ermənistan-Türkiyə əlaqələrinin yaxınlaşmasında səy göstərir, həmçinin Gürcüstanda Rusiyanın, Rusiyada isə Gürcüstanın maraqlarını təmsil edir. İsveçrə siyasətinin ümumi xətti vasitəçilik prinsipinə uyğundur", - səfir deyib

Azərbaycanın nümayəndə heyəti, Azərbaycandan parlament dostluq qrupunun üzvləri arasına daxil olan Asim Mollazadə, Çingiz Əsədullayev və Elton Məmmədov İsveçrənin şimalında bir sıra sənaye obyektlərinə baş çəkiblər.

Nümayəndə heyəti bu gün Vətənə qayıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti