Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Qubaya səfərini başa çatdıraraq Qusar rayonuna gəlib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlət başçısı əvvəlcə Qusar şəhərinin mərkəzindəki Heydər bağında ulu öndərin büstünü ziyarət edərək, önünə gül dəstəsi qoyub.