...

Bəzi polis orqanların cinayət axtarış düzgün yönəldilmir - Azərbaycan DİN başçısı

Siyasət Materials 27 Sentyabr 2009 02:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 senyabr / Trend muh. Ə.Hüseynbala/

Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi sahəsində müəyyən işlərin görülməsinə baxmayaraq, bəzi şəhər, rayon polis orqanları tərəfindən qüvvə və vasitələr axtarışda olan ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərin tutulmasına deyil, əsasən, az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə axtarılan şəxslərin müəyyən edilməsinə yönəldilir, , Daxili İşlər Nazirliyində geniş Kollegiya iclasında çıxış edərkən  Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.

Onun sözlərinə görə, narahatedici məsələlərdən biri də xəbərsiz itkin düşmüş şəxslərin bir qisminin cinayətin qurbanı olması ehtimalının yoxlanılmasına yerlərdə kifayət qədər əhəmiyyət verilməməsidir. Bu səbəbdən bütün ərazi polis orqanlarında itkin düşmüş şəxslərin axtarışı ilə bağlı işlər diqqətlə öyrənilməli, onların qətlə yetirilməsi, yaxud cinayətin qurbanı olması ehtimalı dərindən araşdırılmalı, zəruri hallarda cinayət işlərinin başlanması üçün prokurorluq orqanı qarşısında vəsatət qaldırılmalıdır.

Ramil Usubov, əldə olunmuş bir sıra uğurlarla yanaşı, bəzi şəhər-rayon polis orqanlarının fəaliyyətində hələ də ciddi nöqsan və çatışmazlıqların mövcudluğu, onların konkret həlli yolları göstərilməklə ilin sonunadək aradan qaldırılmasının vacibliyi vurğulanmışdır.

Xəbər lenti

Xəbər lenti