Türkmənistan, Aşqabad, 03 oktyabr / Trend , müxbir H.Həsənov/
Yaxın günlərdə Tacikistan Prezidenti Emomali Rəhmon hökumətlərarası danışıqlar aparmaq məqsədi ilə Türkmənistana səfər edəcək.
Dövlət mətbuat xidmətindən bu gün verilən məlumata görə, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammədov Nazirlər Kabinetinin son iclasında bildirib ki, xarici ölkələrlə, ilk növbədə isə qonşu ölkələrlə qarşılıqlı və bərabər hüquqlu dostluq münasibətlərinin inkişaf etdirilməsi Türkmənistan dövlətinin xarici siyasətinin əsas prioriteti olaraq qalır.
Qeyd edək ki, Tacikistan mütəmadi olaraq enerji daşıyıcılarının təminatında problemlərlə üzləşir. Türkmənistan isə Xəzər dənizi regionunda təbii qaz və elektrik enerjisinin təchizatçılarından biridir.